Fransada əlillər üçün mərkəzdə yanğın baş verib
Dünya xəbərləri

Fransada əlillər üçün mərkəzdə yanğın baş verib

Fransanın şərqindəki Vintsenhaym kommunasında əlillər üçün mərkəzdə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb.

"Respublika" xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Bildirilib ki, yanğından sonra mərkəzin binasından 17 nəfər təxliyə edilib.

Yanğının başvermə səbəbləri araşdırılır. Fransanın Baş naziri Elizabet Born hadisə yerində olub.

Nəzrin ELDARQIZI,

"Respublika"