Türkiyəyə göndərilən yardımın həcmi və xilasedicilərin sayı açıqlanıb
Digər xəbərlər

Türkiyəyə göndərilən yardımın həcmi və xilasedicilərin sayı açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycandan Türkiyəyə 760 nəfər xilasetmə və tibbi personal, 8 xilasetmə iti, 2 mobil səhra hospitalı (7 konteynerlə), 3 xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi, 2630 çadır (müxtəlif ölçülü), 707 qızdırıcı, 540 çarpayı, 5 böyük gücə malik generator, 724 ədyal və 724 adyal üzü, 8000 geyim dəsti, 20000 corab (cüt), 650 masa, 2000 oturacaq, 7000 iplik dəsmal və digər ləvazimatlar göndərilib.

 Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bu günədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən çox şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.