Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə aprelin 12- Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Beynəlxalq qurum media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə baxılıb.