Türkiyənin sənaye və texnologiya naziri AzTU-da
İQTİSADİYYAT

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da

Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və  respublikamızın nəqliyyat, rabitə və yüksək texnologiyalar  naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) görülən işlər və həyata keçirilən yeniliklərlə yaxından tanış olublar.

Universitetin ictimaiyyətlə əlaqələr  şöbəsindən redaksiyamıza  bildiriblər ki, tanışlıq tədbirində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Bilişim Vadisinin baş direktoru və idarə heyətinin üzvü Ahmet Serdar İbrahimcioğlu və universitet nümayəndələri iştirak ediblər.

Rektor Vilayət Vəliyev qonaqları AzTU-da Universitet-Sənaye Əməkdaşlığı, “Bilişim Vadisi Bakı”, sahibkarlığın inkişafı istiqamətində KOBİA tərəfindən yaradılacaq mərkəz, o cümlədən müxtəlif sosial infrastrukturlarda aparılan yenidənqurma işləri ilə tanış edib, universitet haqqında qonaqlara ətraflı məlumat verib.

Ahmet Serdar İbrahimcioğlu bildirib ki, Bilişim Vadisi tərəfindən AzTU-da qurulan “Bilişim Vadisi Bakı”da universitetin bütün strukturları ilə əlaqələndirilməklə beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək.

“CezeriLab” laboratoriyası ilə tanışlıq zamanı qonaqlara burada görülən işlər, tələbələrin layihələri, startap üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr barədə məlumat verilib. 

Nəriman  CAVADOV,

“Respublika”.