Türkiyənin liderliyi ilə qurulan platforma türk dövlətlərinin cərrahi sahəsinə töhfə verəcək
Türk dünyası

Türkiyənin liderliyi ilə qurulan platforma türk dövlətlərinin cərrahi sahəsinə töhfə verəcək

Türkiyənin liderliyi ilə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanla birlikdə qurulan Türk Dünyası Plastik Cərrahiyyə Platforması Orta Asiyada önəmli rola sahib olacaq.

"Respublika" xəbər verir ki, bu barədə Konyada keçirilən 12-ci Balkan Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin (BAPRAS) Konqresi üçün şəhərə gələn dərnəyin prezidenti Prof. Dr. Cenk Dəmirdövər məlumat verib.

Konqresdə Türkiyənin liderliyində Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanla birlikdə Türk Dünyası Plastik Cərrahiyyə Platformasını qurduqlarını ifadə edən Dəmirdövər platformanın yaradılması üçün təxminən 6 aydır ki, çalışdıqlarını bildirib.

Platformanın əsas məqsədinin plastik cərrahiyyə sahəsində daha da irəli getmək olduğunu izah edən Dəmirdöver bildirib ki: "Elmi məzmunu ön planda tutaraq plastik cərrahiyyə mövzusunda qarşılıqlı mübadilə proqramları yaradacağıq"