Türk xalqının bənzərsiz lideri
Türk dünyası

Türk xalqının bənzərsiz lideri

Uzun, incə bir yoldadır, gündüz-gecə...

Benzemez kimse sana

Tavrına hayran olayım...

Müzəyyən Sənarın ifa etdiyi "Benzemez kimse sana" mahnısından iki misra... Ərdoğanın ən çox sevdiyi  mahnıdır. Axı bu gün dünyanın diqqət mərkəzində olan Rəcəb Tayyib Ərdoğanın çıxışlarında hərdən məqamı gələndə poeziya nümunələrindən istifadə etdiyinin şahidi çox olmuşuq. 2020-ci il dekabrın 10-da Azadlıq meydanındakı çıxışını xatırlayırsınızmı?

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar...

 

 

Sevimli şairimiz Bəxtiyar Vahabzadənin qələmindən süzülən bu misralar o gün elə əzəmətli səslənirdi ki... Əzəmət həm onu dilə gətirənin özündə idi. Çoxlarını qorxuya salan, bəzilərinin yuxusuna haram qatan, onları bir yerə toplaşıb "baş sındırmağa", "planlar cızmağa" "vadar edən", dünya siyasətinin öncül liderlərindən biri Ərdoğanı o böyüklüyə, zirvəyə ucaldan olmuşdu?

Araşdırmaçı Fatih Sultan Karın Ərdoğandan bəhs edən "Uzun, incə bir yol, uzun bir adam - Rəcəb Tayyib Ərdoğan" adlı kitabını vərəqləsəniz çox şey aydın olar... Bəli, Ərdoğan illərdir ki, siyasətin içindədir bu uzun, incə bir yolda özünəxas keyfiyyətlərlə astaca, ustaca irəliləməkdədir. Necə deyərlər, gecə-gündüz yol getməkdədir. Hələ Türkiyədə o dəhşətli zəlzələnin baş verdiyi gündən bir qədər əvvəl Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adəti üzrə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi görüşündə canlı yayımında türk müğənnisi Cengiz Kurtoğlu ilə birgə ifa etdiyi, Aşıq Veysəlin "Uzun, incə bir yoldayım" şeirinə bəstələnmiş mahnını da elə bil ona həsr edilmiş kimi oxumuşdu.

 

 

Ərdoğan savaşdadır, o, dünya ilə savaşır, çünki xalqının, ölkəsinin maraqlarını heç kəsə güzəştə getmək istəmir. Onu xalqına sevdirən elə budur. 2018-ci ildə Fransanın "Le Point" qəzeti ölkədəki türklərin səs potensialını başqa məcraya yönəltmək məqsədilə qərəzli bir yazı dərc etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsində sosial-iqtisadi vəziyyətin ağır olduğu qeyd olunurdu.

2021-ci ilin yanvarında isə fransız nəşrində sensasion bir məqalə çıxdı. Belə ki, "L' Opinion" qəzetinin yazarı Jan-Domenik Merşet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Liviya Qafqazdakı münaqişələrdə "oyun dəyişdirən lider" adlandırırdı. Merşet 2003- ildən bəri ölkəni idarə edən Türkiyə liderinin illərdir məzlumların səsi olduğunu qeyd edirdi. "Məzlumların səsi!". Həqiqəti əks etdirən bir ifadədir. Deyilmi?..

Müəllif yazır ki, Türkiyə könüllü şəkildə Avropanın bir üzvü olmaq istəsə , qitə dövlətləri qapıları onun üzünə bağlayıb. O, bunun səbəbini 80 milyon müsəlman əhalisi olan bir dövləti Avropanın öz aralarında görmək istəməməsi ilə əlaqələndirib. Fransız yazar bildirib: "Avropa Birliyi qapılarını bağlasa da, Türkiyə öz bölgəsinə Yaxın Şərq Asiyaya yelkən açdı. Fransızları şok etsə , Türkiyənin Afrikadakı varlığı Türk Hava Yollarının ən çox uçuş həyata keçirdiyi bölgənin bura olması ilə razılaşmalıdır. Qərb dünyadakı hegemonluğunu itirdi... Ərdoğan göstərdiyi strateji cəsarət həyata keçirdiyi əməliyyatlar sayəsində önə çıxdı. Onun müdaxilələri Liviya Qafqazdakı oyunları dəyişdirdi, hərbi qüvvələri hələ Suriyadadır. Türkiyə müttəfiq Rusiyanın dəstəyi ilə bölgədə gedən proseslərdə kilid rolunu oynayır".

 

 

Müxbir Ərdoğanın Türkiyə daxilindəki reytinqinin yüksək olduğunu, cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib. Merşet Mustafa Kamal Atatürkdən bəri heç bir türk liderinin Ərdoğan kimi ölkəni bu qədər gücləndirə bilmədiyini yazır.

Bəli, heç kəsə sirr deyil ki, Qərb Ərdoğanın prezident olmasını istəmir. Niyə? 2023- il yanvarın 9-da "The Washington Post" qəzetində gedən "The Word's Most Important Election in 2023 Will Be in Turkey" ("2023- ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq") adlı məqalədə biz bu sualın cavabını tapırıq, həm elə Qərbin öz dilindən verilmiş açıqlamada. Məqalənin müəllifi siyasi təhlilçi Bobby Ghosh yazır ki, Türkiyədəki seçkinin nəticəsi "Vaşinqton Moskvada, eləcə Avropa, Yaxın Şərq, Mərkəzi Şərq, Mərkəzi Asiya Afrikadakı paytaxtlarda geosiyasi iqtisadi hesablamaları formalaşdıracaq", yəni istənilən nəticə dünyanın siyasi, iqtisadi hərbi mənzərəsinə yeni nizam verəcək, heç bir şey əvvəlki kimi olmayacaq. Müəllif qeyd edir ki, "Vaşinqtonun Avropa paytaxtlarının xarici siyasət dairələrində bir çoxları onun Qərbə qarşı soyuqluqdan geri çəkilə biləcəyinə ümid bəsləsələr , Ərdoğanın dünyagörüşü əksər qərblilərin düşündüyündən daha radikaldır. Ərdoğan rəsmi Ankaranın getdikcə daha çox nüfuz etdiyi Türkiyənin yaxın qonşuluğu ilə bağlı ambisiyaları Amerika Avropanın təsirini tamamlamaq deyil, "onları əvəz etmək onlara qarşı çıxmaqdır". Yazı müəllifinin , məqalə ətrafında təhlil aparan siyasətçilərin gəldiyi qənaət budur: Qərb Türkiyənin Osmanlı əzəmətinin dönüşünün qarşısını almağa, Ərdoğan isə Türkiyəni ABŞ başda olmaqla Qərbin caynağından qoparmağa çalışır... Türk liderinin böyüklüyü, əzəməti elə bundadır! O, öz xilaskarlıq funksiyasını davam etdirməkdədir...

 

 

2022-ci ilin oktyabrında Ukraynanın birinci xanımı Yelena Zelenskaya İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə deyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi". O bildirib ki, Ərdoğanın səyi ilə yaradılan taxıl dəhlizi sayəsində ərzaq böhranının qarşısı alındı.

Beləliklə, daxildə ölkə xaricində siyasi polemikaların artdığı, mübarizənin gücləndiyi bir məqamda Rəcəb Tayyib Ərdoğan millətini müjdələrlə sevindirməkdədir. Belə ki, Türkiyənin hakim Ədalət İnkişaf Partiyasının sədri, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin nədən ibarət olduğu açıqlanıb. Hazırda hökumət 3 əsas istiqamət üzrə aparır. Bura "Ailə hesabı"nın yaradılması, Vətəndaşlıq Fondunun təsisi gənclərə bayram bonusunun verilməsi daxildir. Bundan sonra Türkiyədə ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lirə (22 min manat ya 13 min dollar) vəsait ayrılacaq. Təsis edilən Vətəndaşlıq Fonduna əsasən uşaq dünyaya gəldikdən sonra dövlət onlar üçün hər ay 100 200 lirə vəsait ayıracaq uşaqlar 18 yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə edə biləcəklər. Həmçinin, tələbələrə ildə iki dəfə bayram bonusu veriləcək.

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 14- jurnalistlərə daha bir müjdəni çatdırıb: "Nəsib olarsa, 20 apreldə təbii qazımız sahilə çıxarılacaq. Hazırda bütün planlaşdırma hesablamalar buna uyğun aparılır".

Rəcəb Tayyib Ərdoğanın məhdud çərçivədə yaratmaq istədiyimiz portretinə daha bir cizgini əlavə etmək istərdik. Türkiyə lideri axşamlar televiziyada müzakirə proqramlarını mütəmadi izləyir, hətta bəzən telefonla canlı yayıma çıxmaqdan özünü çətinliklə saxlayır, saatlarla davam edən iclaslar keçirməkdən heç vaxt yorulmur. Bir dəfə canlı yayımda jurnalistin "Türkiyəyə ən yaxın ölkə hansıdır" sualına, Ərdoğan "Azərbaycan" cavabını vermişdi.

Rəcəb Tayyib Ərdoğan Azərbaycana hələ Baş nazir olmazdan öncə, Ədalət İnkişaf Partiyasının lideri kimi gəlib. O, 2003- il yanvarın 7-8- türk ölkələrinə səfəri çərçivəsində Bakıda olub. Həmin ilin martında Baş nazir seçilən Ərdoğan ümummilli lider Heydər Əliyevin dəfn mərasimində iştirak edib. Həmin vaxt ulu öndərlə bağlı bu fikirləri qeyd etmişdi: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".

 

 

2003- ildə İlham Əliyev Prezident seçildikdən sonra Türkiyə ilə əlaqələr daha geniş şəkildə inkişaf etməyə başladı. Bu gün Azərbaycanla Türkiyə strateji müttəfiq, regionda aparıcı aktordur. Bu uğurların qazanılmasında isə hər iki ölkə rəhbərliyinin siyasi iradəsi, strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları addımlar da mühüm rol oynayır.

Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının sevdiyi şəxslər sırasındadır, çünki xalq onu ölkəni daha da irəliyə aparan, sadə insanların problemini yaxından duyaraq onu həll etməyə çalışan, Türkiyənin dünyada nüfuzunu daha da artmasına xidmət edən lider kimi qəbul edir. O isə bir lider kimi, 20 ildir xalqın, dövlətin maraqlarına xidmət göstərir, yorulmadan, usanmadan. Hərdən məqamı gələndə isə deyir:

Uzun, incə bir yoldayım,

Gediyorum gündüz, gecə...

Zümrüd QURBANQIZI,

"Respublika".