Türkiyənin “Gap İnşaat” şirkətinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Levent Kafkaslıdan
Məktublar

Türkiyənin “Gap İnşaat” şirkətinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Levent Kafkaslıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Bu qələbəniz Azərbaycan xalqının Sizə olan inam və etimadının əyani göstəricisidir. Sizin rəhbərliyiniz altında ölkənin inkişafı, firavanlığı, əmin-amanlığı istiqamətində əldə olunan nailiyyətlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Yeni prezidentlik müddətinizdə Sizin daha çox uğur əldə edəcəyinizə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracağınıza inanıram.

Sizə uzun ömür, cansağlığı, tükənməz enerji, Azərbaycanın daha parlaq gələcəyi, xalqın rifahının yüksəlməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Levent KAFKASLI,

Türkiyənin “Gap İnşaat” şirkətinin baş icraçı direktoru

və İdarə Heyətinin üzvü.