Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən
Məktublar

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Sizin uzaqgörənliyiniz və müdrikliyiniz, müstəsna səriştəniz, yüksək fədakarlığınız, durmadan artan milli lider nüfuzunuz və insanları ruhlandırmaq bacarığınız ən yüksək hörmətə və rəğbətə layiqdir.

Əminəm ki, Sizin istedadlı rəhbərliyiniz bundan sonra da Azərbaycanın tərəqqisinə, həmçinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan, faydalı və səmimi dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Həyatınızın bu əlamətdar günündə ən cəsarətli planlarınızın reallaşması üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji və güc diləyirəm.

Sizə və gözəl ailənizə, bütün ölkənizə uğurlar və sülh arzu edirəm.

Hörmətlə,

Dmitri SAVELYEV,

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Azərbaycan Respublikasının parlamenti ilə dostluq

qrupunun əlaqələndiricisinin müavini.