Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir
Region

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) bu il martın 31-də ölkədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin bəzi bölgələrdə yenilənməsinə qərar verib.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, buna əsasən Türkiyənin Şanlıurfa, Kayseri, Kırklareli və Sivas vilayətlərinin Hilvan, Pınarbaşı, Büyükkarıştıran və Güneykaya bölgələrində, eləcə də Edirnenin Umurbey səmtində təkrar seçkilər keçirilir.

Səsvermə 50 minə yaxın vətəndaşı əhatə edir. Bu məqsədlə qeyd edilən bölgələrdə 300-dən çox seçki qutusu quraşdırılıb.

Səhər saatlarında başlayan seçki yerli vaxtla saat 17:00-da başa çatacaq.