Türkiyədə əsgər və mühafizəçiləri daşıyan Pikab qəzaya uğrayıb
Dünya xəbərləri

Türkiyədə əsgər və mühafizəçiləri daşıyan Pikab qəzaya uğrayıb

Türkiyədə əsgər və mühafizəçiləri daşıyan Pikap yük maşınının aşması nəticəsində baş verən qəzada 1-i mütəxəssis çavuş, 4-ü mühafizəçi olmaqla, 5 nəfər yaralanıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, ilkin tibbi yardımdan sonra yaralılar Siirt Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb.

Yaralıların vəziyyəti hazırda stabildir. Faktla bağlı araşdırmalar davam edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".