DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREML SES-i RUSİYA ORDUSUNUN PARTLATMASI İTTİHAMLARINI RƏDD EDİr

RusiyaKaxovkasu elektrik stansiyasının partladılması ilə bağlı ittihamları qətiyyətlə rədd edir. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibi bildirib ki, bu, Ukrayna qoşunlarının hücumlarının uğursuzluğu ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya dövlət başçısıKaxovkasu elektrik stansiyasındakı vəziyyətlə bağlı mütəmadi olaraq Müdafiə Nazirliyi digər qurumlardan məlumatlar alır.

Eyni zamanda, Dmitri Peskov vurğulayıb ki, Moskvanın Ukrayna hakimiyyətini ittiham etdiyiKaxovkaSES-in bəndinin partladılmasında məqsədlərdən biri Krıma suyun axınını kəsmək cəhdidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin  ekspertləri bildiriblər ki, hazırdaKaxovkaSES-dəki vəziyyətZaporojyeAES-nin təhlükəsizliyinə heç bir təhlükə yaratmır.

Qeyd edək ki, “Kaxovkasu elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi.

 

TÜRKİYƏNİN YENİ XİN BAŞÇISI DÜNYA MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏ

ABŞ-ınBloombergagentliyi Hakan Fidanın Türkiyə xarici işlər naziri təyin edilməsindən yazıb. “Teleqraf.comun verdiyi xəbərə görə, agentlik Hakan Fidanın Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olduğu dövrdə üzərinə götürdüyü missiyaya toxunaraq, onun xarici işlər naziri kimi ərəb dünyası iləaradakı buzları əritməyəçalışacağını bildirib.

BloombergHakan Fidanın MİT rəhbəri kimi vaxtilə Yaxın Şərq Şimali Afrika ilə bağlı addımlar atdığı qeyd edilib. Agentlik mövzuya yaxın mənbələrə istinadən onun bölgə ilə əlaqələr qurmaq üçün səylərini sürətləndirəcəyini iddia edib.

Bununla yanaşı, təhlildə qeyd olunub ki, Hakan Fidan bundan əvvəlki fəaliyyəti dövründə Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq Suriya kimi ölkələrlə diplomatik əlaqələrin inkişafı üçün gizli danışıqlar aparıb.

Mövlud Çavuşoğlunun yerinə gələn 54 yaşlı Fidanın müasir Türkiyənin qurulduğu gündən bəri hərbi keçmişi olan ikinci xarici işlər naziri kimi bu vəzifəyə təyin edildiyi detalı da məqalədə xüsusi vurğulanıb.

 

ÇİNİN PUA İSTEHSALI HƏCMİ 16 MİLYARD DOLLARI ÖTÜB

Çinin 2022-ci ildə pilotsuz uçuş aparatları sənayesindən əldə etdiyi gəlir ilk dəfə olaraq 16 milyard dolları keçib. Bu barədəReportagentliyi Çin mətbuatına istinadən məlumat yayıb.

Bildirilir ki, sənayenin illik istehsalı ötən il 117 milyard yuana (16 milyard dollar) çatıb. Bu, 2021-ci ildəki göstəricilərdən 34 faiz çoxdur.

Açıqlamaya əsasən, 2022-ci ildə Çində istehsal olunan dronların sayı 95 minə, PUA istehsal edən müəssisələrin sayı isə 15 minə çatıb.

Qeyd edilir ki, PUA-ların sayının sürətlə artması bir neçə səbəblə bağlıdır. Birincisi, “COVID-19” pandemiyası fonunda malların təmassız çatdırılmasına kömək etmək üçün dronlara ehtiyac artıb. İkincisi, dronların istifadəsi üçün kuryer xidmətləri arasında rəqabət güclənib.

 

İRAN İLK HİPERSƏS BALLİSTİK RAKETİNİ TƏQDİM EDİB

İran 1400 kilometr mənzilliFəttahadlı ilk hipersəs ballistik raketini nümayiş etdirib. Bu barədəSputnikinformasiya agentliyinin məlumatında bildirilir.

Verilən xəbərə görə, tədbirdə İran prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.

İranın yeni raket hazırlaması hələ 2022-ci ilin payızında məlum olub. İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə qeyd edib ki, onların ilk hipersəs raketi bütün müdafiə sistemlərindən keçəcək bu silahlara qarşı mübarizə aparmaq üçün texnologiya onilliklər ərzində üzə çıxa bilməyəcək.

Eyni zamanda, Əmir Əli Hacızadə əlavə edib ki, bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etməklə yanaşı, həm səsdən beş dəfə sürətlə hərəkət edə bilir. Beləliklə, İslam Respublikası hipersəs texnologiyasına malik dördüncü ölkə olub.

Xatırladaq ki, noyabr ayında Əmir Əli Hacızadə iranlı mütəxəssislərin hipersəs raketi hazırlamağa nail olduğunu elan etsə , Pentaqon buna şübhə ilə yanaşmışdı.

 

QIRĞIZISTANDA DÖVLƏT ÇEVRİLİŞinƏ CƏHD PLANI DEŞİFRƏ EDİLDİ

Qırğızıstanın paytaxtı Bişkekdə təhlükəsizlik qüvvələri dövlət çevrilişi planlaşdıran silahlı şəbəkəni zərərsizləşdirib. “Teleqraf.comun xəbərinə əsasən, əməliyyatlar zamanı 30-dan çox şəxs saxlanılıb, təşkilatçı ideoloq, Xalq Cəbhəsi Partiyasının sədri Roza Nurmatova 4 fəal həbs edilib.

Eyni zamanda, Milli Təhlükəsizlik Xidmətindən verilən açıqlamada təşkilatın uzun müddətdir yaraqlıların toplanması istiqamətində fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamaya əsasən, əməliyyat zamanı təşkilati ehtiyacların maliyyələşdirilməsi əsas vəzifəli şəxslərə ödənişlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda xarici mənbələrdən xeyli miqdarda maliyyə vəsaitinin gözlənildiyi barədə məlumatlar əldə edilib.

Türkiyə mətbuatı çevriliş planındaFETÖterror təşkilatının iştirakını hallandırır. İddiaya görə, çevriliş cəhdini təşkil edən Xalq Cəbhəsi Partiyasının keçmiş prezident Almazbek Atambayevlə əlaqəsi var.

Məlumatda qeyd olunur ki, Atambayev dönəmindəFETÖQırğızıstanı Orta Asiyada öz bazasına çevirib, dövlət qurumlarından tutmuş biznesə, təhsildən sənətə qədər hər sahədə öz şəbəkəsini yaradıb.

 

Entoni BLİNKEN: ABŞ İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİNƏ İMKAN VERMƏYƏCƏK

ABŞ İranın  Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mümkün  olan bütün addımları atmağa davam etməyə hazırdır. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken çıxışında bildirib.

Entoni Blinken Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) tədbirində çıxışı zamanı qeyd edib ki, rəsmi Tehran müntəzəm olaraq israilliləri yer üzündən silməklə hədələyir. Onun sözlərinə görə, ABŞ-ın İsraili müdafiə etmək öhdəliyi qeyd-şərtsizdir.

Dövlət Departamentinin rəhbəri bildirib ki, İran Yaxın Şərq regionuna aqressiya ixrac edir Rusiya ordusuna dronlar verir, onlardan ukraynalıları öldürmək üçün istifadə edir, Tehran isə Rusiyadan yüksək texnologiyalı silahlar alır.

Bu baxımdan, İran nüvə silahı əldə edə bilməz əldə etməyəcək, çünki bunun üçün Vaşinqton iqtisadi təzyiq çəkindirmə ilə yanaşı, diplomatiya yolundan da istifadə etməyə hazırdır. Prezident Bayden İranın nüvə silahı almamasını təmin etmək üçün bütün variantları nəzərdən keçirir”, - deyə Entoni Blinken vurğulayıb.

 

İŞ ADAMI SÜRƏT HƏDDİNİ AŞDIĞI ÜÇÜN 121 MİN AVRO CƏRİMƏLƏNİB

76 yaşlı finlandiyalı adamı Anders Viklef avtomobili ilə növbəti dəfə sürət həddini aşdığı üçün 121 min avro cərimələnib. “Reportagentliyi xəbər verir ki, bu barədə adamıNya Alandnəşrinə müsahibəsində bildirib.

Məlumata əsasən, Anders Viklef limitin saatda 50 kilometr olduğu ərazidə saatda 82 kilometr sürətlə hərəkət edib. Qeyd edilir ki, polis onu saxlayıb cərimə yazıb, həmçinin 10 gün müddətinə avtomobili idarəetmə hüququndan məhrum edilib.

Mən elə yavaşlamağa başlayırdım, lakin, görünür, yetərincə tez etməmişəm, ona görə belə oldu. Baş verənlərə çox təəssüflənirəm”, - deyə adamı bildirib.

Eyni zamanda Anders Viklef ümid edib ki, onun cəriməsi Finlandiyanın səhiyyə sistemini maliyyələşdirməyə kömək edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.