Törədilən terrorlarda İran izləri
Digər xəbərlər

Törədilən terrorlarda İran izləri

Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın dünya birliyində nüfuzunun artmasına, güclü, qüdrətli ölkə olaraq qəbul edilməsinə yönəlmiş məqsədyönlü siyasət həyata keçirmişdir. Bunun nəticəsidir ki, bu gün Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan həm dünyada baş verən hadisələrdə sözü, imzası keçərli olan ölkələr sırasında yer alır.

Dinamik inkişaf mərhələsinə qədəm qoyan ölkəmiz istər iqtisadiyyat, istər ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu isə dost ölkələr üçün qürurverici olsa da, bəzi sözdə dost, əməldə düşmən olan dövlətlərin rahatlığını pozub onları Azərbaycan əleyhinə birləşməyə vadar edib. Məsələn, İran İslam Respublikası ilə Ermənistan birliyi bunun ən bariz nümunəsidir. Son vaxtlar İran ilə Ermənistanın adının qoşa çəkilməsi bu gün bir o qədər təəccüb doğurmur. Çünki bu iki məsləkdaşın həyata keçirdiyi məkrli missiya artıq bütün dünyaya məlumdur. Müsəlman ölkəsi, islam dəyərlərinə "sadiq" olan İranın işğalçı, terrorçu Ermənistanla birlik nümayiş etdirməsi ilk baxışdan qəribə görünsə , məsələnin mahiyyətinə gəldikdə İran ilə Ermənistanın qədər oxşarlıqlara malik olduqlarını görməmək mümkün deyil. Ən əsası isə gündən-günə güclənən, qüdrətlənən istər dünyada, istərsə Cənubi Qafqazda söz sahibinə çevrilən Azərbaycana qarşı fobiya... Azərbaycanın tarixi torpaqlarını zəbt edən hər iki dövlət tarix boyu ölkəmizə düşmənçilik münasibəti bəsləmiş, ərazilərimizi işğal etmişlər. Hər iki ölkəni birləşdirən bu ümumi cəhət onları iki "qardaş" ölkəyə çevirmişdir. Eyni məqsədə xidmət edən, oxşar siyasət yürüdən dost ölkələr həm " ortağıdırlar".

İran hər zaman sanksiyaların tətbiq olunduğu terror yuvasıdır terror əməllərini mütəmadi olaraq ölkəmizdə həyata keçirmişdir. Azərbaycan zaman-zaman yaxın qonşuları olan İran Ermənistanın terror hədəfi olmuşdur. Din pərdəsi altında minlərlə cinayət hadisəsi, təxribatlar törədən terrorçu İran hər zaman anti-Azərbaycan siyasəti yürütmüş, düşmənimizlə yaxın dostluq münasibətləri quraraq ölkəmizə qarşı düşmənçilik mövqeyində olmuşdur. İran belə alçaq niyyətli əməlini bu il yanvar ayının 27- bir daha həyata keçirməyə müvəffəq oldu. Belə ki, həmin gün səhər saatlarında İranın xüsusi xidmət orqanı SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum etmiş, qanlı terror aktının törədilməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülmüş, daha iki əməkdaşı isə yaralanmışdır. İran tərəfi hadisənin ailə-məişət zəminində baş verdiyini uydurmuş, cəmiyyəti bu yalana inandırmaq üçün terrorçunu televiziya ekranlarına çıxararaq onun guya Azərbaycan səfirliyində "itirdiyi" həyat yoldaşını axtardığını söylətməklə hadisənin terror olmadığı ilə bağlı beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmağa çalışmışdır. Lakin törədilmiş terror aktı açıq-aydın bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının fəaliyyətinin nəticəsidir.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumun İranın siyasi hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilməsi heç bir şübhə doğurmur. Azərbaycan hökuməti İrandakı daimi nümayəndəliyində baş vermiş hadisəni pisləmiş, səfirliyimizin mühafizə xidməti rəisinin ölümü ilə nəticələnən terrorda İran hökumətinin birbaşa məsuliyyət daşıdığını bildirmişdir. Fevral ayının 1- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil nazirini TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən Tehranda yerləşən Azərbaycan səfirliyində baş verən terror aktının hərtərəfli şəkildə araşdırıldığını bildirmiş hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, İranın polis təhlükəsizlik qüvvələri tərəfindən hər hansı bir ciddi tədbir görülmədiyini diqqətə çatdırmışdır.

Qeyd edək ki, bu, qondarma İslam ölkəsinin həyata keçirdiyi ilk terror hadisəsi deyil. Belə ki, cənub qonşumuz müxtəlif vaxtlarda bir sıra xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə silahlı hücumlar təşkil etmiş, qanlı hadisələr törətmişdir. Ötən il Azərbaycanın Londondakı səfirliyinə hücumda da İranın əli olmuşdur. Avqust ayında Azərbaycan Respublikasının Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdır. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırmış, radikal dini şüarlar səsləndirmişlər. Yanvar ayının 27- Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə edilən silahlı hücum isə ölkəmizin digər xarici ölkələrdəki konsulluqlarına edilmiş silahlı basqınların davamıdır.

Bu il mart ayının 4- Xətai rayonunda yerləşən "BRAVO" hipermarketinə edilmiş silahlı hücumda da İran izlərinin olması istisna deyil. Belə ki, Azərbaycanda sabitliyi pozmaq, təhlükəli vəziyyət yaratmaq cənub qonşumuzun ali məqsədlərindən olması bunu deməyə əsas verir. Baş Prokurorluq Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank Kommersiya Bankı" ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər almış, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə həlak olmuşdur. Sözsüz ki, hadisə ayrıca bir fərdin deyil, hər hansı bir təşkilatın həyata keçirdiyi cinayət əməlidir. Maraqlı məqam isə bundan ibarətdir ki, həm səfirliyə, həm hipermarketə edilən hücumda eyni silah növündən - "kalaşnikov"dan istifadə edilmiş hər iki hücum vətəndaşa deyil, dövlətə qarşı törədilmişdir. Bu isə hər iki hadisənin İran xəttilə törədilməsini bir daha təsdiq edir. Ölkə daxilində sabitliyi pozmaq, təhlükəli vəziyyət yaratmaq cənub qonşumuzun ali məqsədlərindəndir.

Ölkənin qanunverici orqanının - Milli Məclisin üzvü Fazil Mustafanın evinin önündə silahlı hücuma məruz qalmasında İran izlərinin olduğu ehtimal edilir. Sözsüz ki, baş verən hadisələrlə bağlı əməliyyat-axtarış tədbirləri yekunlaşandan sonra hadisə təfərrüatı ilə məlum olacaq. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda isə bildirilir ki, aprelin 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılmış səfirə son zamanlar ölkəsinin Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətinə görə narazılıq edilmişdir. Eyni zamanda İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata (arzuolunmaz şəxs) elan edilmiş, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunmuşdur.

Bütün bunlar Azərbaycana sözdə dost deyib, əməldə düşmən olan, heç bir vaxt uğuruna, yaxşı gününə sevinməyən İranın ölkəmizə qarşı qərəzli münasibətinin, düşmən mövqeyinin təzahürüdür. Dünyada sülhsevər ölkə olaraq qəbul edilən, inteqrasiyaya, inkişafa ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan isə məqsədyönlü, düşünülmüş siyasətini uğurla həyata keçirir. Heç bir təhdid, təxribat buna mane ola bilməz.

Mehparə ƏLİYEVA,

"Respublika".