TƏBİB yoluxucu xəstəliklərin qarşısının alınması üzrə beynəlxalq təlimdə təmsil olunur
Səhiyyə

TƏBİB yoluxucu xəstəliklərin qarşısının alınması üzrə beynəlxalq təlimdə təmsil olunur

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları və 10 tabeli tibb müəssisəsinin 13 həkim-mütəxəssisi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Yeungnam Universitetində təşkil olunan “Yoluxucu xəstəliklərin qarşısının alınması təlimi”ndə iştirak edirlər. 21 iyun – 4 iyul tarixlərini əhatə edən təlim Koreya Respublikasının Daegu şəhərində keçirilir. 25 iyun TƏBİB-dən verilən məlumatda bildirilir.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin əməkdaşı Fərhad Sinqatulov, Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Uğur Cəfərzadə və tabeli tibb müəssisələrinin əməkdaşları yoluxucu xəstəliklərin qarşısının alınması və idarəedilməsi ilə bağlı aktiv müzakirələrə qatılıblar.

Təlimin məqsədi Koreyanın yoluxucu xəstəliklərlə mübarizədə əldə etdiyi nailiyyətləri və təcrübəni bölüşmək, həmçinin yeni metodların tətbiqinə dair ümumi təlimat verməkdir. Təlimdə Azərbaycanda COVID-19 ilə mübarizədə görülən tədbirlər və hazırda infeksion nəzarətin təşkili üzrə aparılan işlər barədə ölkə hesabatı da təqdim olunub və hesabat yüksək qiymətləndirilib.

“Respublika”.