Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilsin. 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                           Sahibə Qafarova

Bakı şəhəri, 12 aprel 2022-ci il