Tacikistandakı güclü yağışlar insan ölümlərinə səbəb olub
Dünya xəbərləri

Tacikistandakı güclü yağışlar insan ölümlərinə səbəb olub

Tacikistanın bir sıra bölgələrindəki güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

"Respublika" xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun Mətbuat xidməti məlumat yayıb.

“Güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib. Nəticədə 13 nəfər - Vəhdət şəhərində 11, Rudəki rayonunda iki nəfər həlak olub” - deyə, məlumatda bildirilib.

Dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib, onlara yardım göstərməyi, fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi ölkənin baş nazirinə, Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə və digər strukturlara tapşırıb.

Nəzrin ELDARQIZI,

"Respublika".