ABŞ vətəndaşı 1milyard dollar qazandı
Dünya xəbərləri

ABŞ vətəndaşı 1milyard dollar qazandı

ABŞ-ın “Powerball” lotereyasının iştirakçısı 1,08 milyard dollarlıq cekpot qazanıb.

"Respublika" xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.

Məlumata görə, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ala bilər.

Qalibin adı açıqlanmayıb. Bu, “Powerball” lotereyasının mövcud olduğu dövr ərzində üçüncü ən böyük mükafatdır. Rekord uduş 2,04 milyard dollar olub.