Şotlandiyada ada sahilində 55 balina aşkarlanıb
Maraqlı

Şotlandiyada ada sahilində 55 balina aşkarlanıb

Şotlandiyanın Lyuis adasında sahildə 55 balina aşkarlanıb.

"Respublika" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, vətəndaşların xəbəri ilə çimərliyə gələn səlahiyyətlilər tərəfindən sahilə çıxan balinalara ilkin tibbi yardım göstərib. Qısa müddətdə bir çox balinanın öldüyü müəyyən edilib. 

55 balinadan yalnız birinin dənizə qayıtması mümkün olub. Digər balinaların isə sərt dalğalar və dayaz sahil suları səbəbindən dənizə qaytarıla bilmədiyi üçün evtanaziya edildiyi açıqlanıb.

Pilot balinaların güclü sosial bağlara malik olduğunu vurğulayan səlahiyyətlilər bildirib ki, onlar doğum etməkdə çətinlik çəkdiyi üçün sahilə üz tutublar.

Nəzrin ELDARQIZI,

"Respublika".