Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yuxuda gəzənlər oxusun

Lunatiklər (lat. yuxuda gəzən) hər zaman sirli insanlar hesab ediliblər. Onların sirlərlə dolu dünyasından  heç kim baş aça  bilmədiyi üçün hətta lunatikləri şeytan adlandıranlar da az deyil. Belə ki, qədim dövrlərdə gecə yuxuda gəzənləri şeytanın övladı, ifritə adlandırar, belə adamları odda yandırardılar.

Qeyd edək ki, keçmiş zamanlarda özündə ya övladında lunatiklik əlamətləri müşahidə edənlər yeganə çıxış yolunu magiya ilə məşğul olanlarda görürdülər. Belə kibu qorxulu vəziyyətdən ancaq falçıların köməkliyi ilə çıxa biləcəklərinə inanırdılar. Ancaq dövrümüzdə "lunatizim" bir xəstəlik olaraq qəbul edilir. El arasında "lunatizm" adlandırılan bu xəstəliyə tibdə "somnambulizm" deyirlər. Bu xəstəliyə bütün yaş qrupunda olan insanlarda, daha çox isə azyaşlı uşaqlarda rast gəlinir. bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, daha sonra isə psixoloqlar məşğul olurlar. Dünya alimləri uzun illər araşdırmalar aparsalar da, "somnambulizm"in yaranma səbəblərini tam olaraq müəyyən edə bilməyiblər. Onlar bu xəstəliyin beyində olan bəzi genlərin yerini dəyişməsi nəticəsində yarandığını düşünürlər. Ancaq bu genlərin üçün yerini dəyişdiyi hələ alimlərə sirr olaraq qalır. Bəzi elm adamlarının fikrincə isə xəstəliyin yaranmasına səbəb stress, gərginlik yorğunluqdur.

Lunatiklər yuxuda ikən etdikləri hərəkətləri heç vaxt xatırlamırlar. Onlar bağlı qapını ya pəncərəni açmaq iqtidarında olmurlar. Yuxuda gəzərkən bağlı bir qapı ilə qarşılaşdıqda yollarını dəyişir, yəni onu açmağa cəhd etmirlər. Bu səbəbdən ailədə, yaxınlarınızda kimdəsə belə bir əlamətin şahidi olmusunuzsa, qapı pəncərəni gecələr bərk bağlayın. Evdə olan iti əşyaları - bıçağı, baltanı digər kəsici alətləri gizlədin. Adətən lunatiklərin çarpayılarının qarşısına yaş dəsmal sərirlər kiayaqları suya dəydikdə  dərhal oyansınlar. Onları gəzərkən qəflətən oyatmaq təhlükəlidir. Belə ki, bu halda həmin adam infarkt, iflic keçirə bilər.

 

Zənginliyin zəka ilə əlaqəsi varmı?

Bu yaxınlarda elm adamları  var-dövlət qazanmağın zəka ilə əlaqəsinin olub-olmadığını araşdırıblar. Nəticədə məlum olub kiyüksək qazanc təkcə zəka ilə əlaqəli deyil. Burada həmçinin  şans, xarizma insanlarla işləmək bacarığı da həlledici rol oynaya bilər. Tədqiqatların nəticələri göstərib ki, qazanılan məvaciblə IQ  arasında elə güclü əlaqə yoxdur.

Alimlər deyirlər ki, zəngin olmaq üçün yüksək intellekt vacib şərt deyil. Burada əsas olan şərt bacarıqdır.

Norveç, Finlandiya Avstraliyadan olan tədqiqatçıların apardığı araşdırmalara görə, Böyük İsveç şirkətlərinin baş direktorları orta səviyyədən yüksək IQ- malikdirlər. Kiçik şirkətlərdə isə  bundan aşağı nəticə göstərirlər. Onlar uğura təkcə ağıl deyil, həm zəhmət, insanlarla işləmək bacarığı, xarizma, bəxt faktoru sayəsində nail olurlar.

ABŞ-da aparılan araşdırmalar isə göstərib ki, IQ səviyyəsi 70-75 faiz olanlar 25-30 faiz olanlardan 10-15 faiz çox qazanırlar.

Belə qənaətə gəlmək olar ki, əslində şansla - risk sərmayələrin uğurlu olub-olmamasında ən böyük faktordur. Sərmayə qoyan  hər iki nəfərin zəka baxımından bərabər səviyyədə olması isə onların daha çox pul qazanmasına səbəb ola bilər.

 

Flaminqolar tək ayaq üstə necə dururlar?

Flaminqoların  tək ayaq üstündə necə duruş gətirməsi xeyli vaxtdır ki, alimləri düşündürürdü. Son araşdırma zamanı elm adamları belə qənaətə gəliblər ki, bu quşların təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşda sərf edilən enerjidən daha azdır.

Amerikalı alimlərin fikrincə, tək ayaq üstə duran flaminqonun əzələləri demək olar ki, heç bir gərginliyə düşmür - nəticədə isə quşun əzələləri istirahət edir. Bu səbəbdən flaminqolar tək ayaq üstündə durarkən  hətta mürgüləyə bilirlər

Digər bir  fərziyyəyə görə isə təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa da imkan verir.

Diri ölü quşlar üzərində təcrübələr aparmış alimlər aşkar ediblər ki, ölü quşları da təkayaqlı duruş vəziyyətinə gətirmək mümkündür bu zaman əlavə dirək ya dəstəyə ehtiyac yaranmır.

Eyni zamanda ölü quşları qoşa ayaqlı duruş vəziyyətinə isə kənar dəstəksiz gətirmək mümkün olmayıb, çünki bu zaman quşun duruşunda müvazinət itirilir. "Royal Society journal Biology Letters" jurnalında dərc edilmiş məqalədə bu hala "passiv qravitasiyalı duruş mexanizmi" adı verilib.

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, flaminqo tək ayaq üstündə duranda tərpənməz olur.

 

Giza piramidalarında gizli dəhliz tapıldı

Misirdə yerləşən 4500 illik Giza piramidaları ilə bağlı diqqətəlayiq bir kəşf edilib. Belə ki, qədim tikilinin əsas giriş qapısının yaxınlığında 9 metr uzunluğunda  gizli bir  dəhlizin olduğu ortaya çıxıb.

Dünyanın yeddi möcüzəsindən biri olan piramidada xüsusi infraqırmızı termoqraf, 3-D simulyasiyası xüsusi görüntüləmə sistemlərindən istifadə edildiyi bildirilib.

Qeyd edək ki, 1889-cu ildə inşa edilən Eyfel qülləsinə qədər  Giza piramidası 146 metr hündürlüyü ilə dünyada insan əli ilə tikilən ən böyük memarlıq abidəsi olub. Tikiləyə  məxsus olan dəhlizin piramidanın çəki paylanmasında  tarazlığı təmin etdiyi təxmin edilir.

"Hələ ki, axtarışlarımız davam edir daha nələr tapa biləcəyimiz üçün indidən həyəcanlanırıq", - deyə Misir Qədim Əsərlər Ali Şurasının sədri Mustafa Vəziri qeyd edib.

İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".