Şimali Kiprin Prezidenti: Azərbaycana səfər əlaqələrimizin inkişafına töhfə verəcək
Gündəm

Şimali Kiprin Prezidenti: Azərbaycana səfər əlaqələrimizin inkişafına töhfə verəcək

Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünü tam bərpa etməsi bizi də ürəkdən sevindirdi.

"Respublika" xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında səsləndirib.

“Azərbaycan dövləti, xalqı, mediası Şimali Kiprin haqq səsinin dünyaya çatdırılmasına böyük dəstək göstərir. Bunun üçün təşəkkürümüzü bildiririk”, - deyə Ersin Tatar vurğulayıb.

Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edən Ersin Tatar bu səfərin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə edib.