Vüqar Bayramov:
Gündəm

Vüqar Bayramov: "Bir sıra aparıcı dövlətlər və təşkilatlar Azərbaycana qarşı mina terroruna hələ də susurlar"

Ermənistanın Azərbaycana qarşı mina soyqırımı davam edir. 

"Respublika" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz rəsmi "X" (Twitter) hesabında paylaşım edib. 

Deputat qeyd edib ki, Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Yol Tikinti İdarəsinin iki mülki əməkdaşı həlak olub: "İkinci Qarabağ müharibəsindən indiyədək 308 vətəndaş mina qurbanı olub. Xankəndindəki “aclıq şousu”nu həvəslə müzakirə edən bir sıra aparıcı dövlətlər və təşkilatlar Azərbaycana qarşı mina terroruna hələ də susurlar".

Töhfə SƏMƏDOVA,

"Respublika".