Şərqi Zəngəzur yenidən qurulur
Digər xəbərlər

Şərqi Zəngəzur yenidən qurulur

Cəbrayılın xoş günləri irəlidədir

- Tam səmimiyyətlə deyirəm, doğma yurdumuz Cəbrayılın xoş günləri irəlidədir. Lap qısa zaman kəsiyində bu füsunkar yerlərdə həyat bərpa olunacaq, cəbrayıllılar öz isti ocaqlarına qayıdacaqlar.

Doğma kəndi Əmirvarlıdan yenicə qayıdan Əyyub Quliyev səfər təəssüratına bu sözlərlə başlayır. Əyyub müəllim uzun illər Cəbrayıl rayonunda rəhbər vəzifələrdə işləyib. İndi təqaüddədir. El arasında deyildiyi kimi, rayonu beş barmağı kimi tanıyır.

- Cəbrayıl rayonu 1993- il avqustun 23- Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə, 97 kənddən ibarət idi. İşğal zamanı Cəbrayıl rayonuna 13. 928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kvadratkilometri əhatə edən, 52 min nəfər əhalisi olan rayon ərazisi bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Qarbağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 27 sentyabr 2020-ci ildə düşmən hücumuna əks-cavab verərək ağır zərbələr endirən Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Yağı düşmən bütün istiqamətlərdə darmadağın edildi. Bu gün cəbrayıllılar cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində 30 illik işğala son qoyan şanlı Ordumuzun döyüşçülərinə dərin minnətdarlıq hissi ilə yaşayırlar.

Əyyub müəllim davam edir:

- İndi kimin bu tərəflərə yolu düşürsə, genişmiqyaslı yenidənqurma, quruculuq işlərinin şahidi olur. Yol infrastrukturu yenidən qurulur, dəmiryolu bərpa edilirelektrik enerjisi, su təchizatı sistemləri həyat vəsiqəsi alırAzərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmirabadlıq quruculuq işlərinə start verilibBu gün artıq ərazilərimizdə yenidənqurma işləri intensiv şəkildə reallaşırDövlət başçısının işğaldan azad olunan ərazilərə mütəmadi səfərləri çərçivəsində yeni layihələr həyata keçirilirİşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədiləilkin olaraqpilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyaları tətbiq edilirHəyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir kiişğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Cəbrayılda dini-mədəniyyət abidələrimizdağıdılmış infrastrukturlar tezliklə yenidən qurulacaqdır. Elə indicə mətbuatdan şad bir xəbər oxudum; Ağalı kəndində meyvə bağlarından bağbanlar nübar ərik yığımına başlayıblar. Cəmisi il yarım bundan əvvəl salınan ərik bağında bol məhsul yetişdirilib. Bu, bizim zəngin, bərəkətli, məhsuldar torpaqlarımızın əyani göstəricisidir.

Əyyub müəllim haqlıdır. Qarabağ Şərqi Zəngəzurda yenidənqurmaabadlıq quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub işğaldan azad edilən ərazilərdə tezliklə yeni işıqlı həyat başlanacaqAzərbaycan sosial layihələri uğurla reallaşdırır işğaldan azad olunan ərazilərdə silsilə kompleks tədbirlər həyata keçirilirCəbrayılda da Azərbaycanın işğaldan azad olunan digər ərazilərində olduğu kimiyaşayış məskənləri dağıdılıbtarixi-memarlıq abidələri erməni vandalizminə məruz qalıb.  "Bu vəhşilikbu vandallıq işğal dövründə törədildiMüharibə dövründə bu qədər dağıntılar ola bilməzdi",  - deyə cənab Prezident bildiribDövlət başçısı qeyd edib kiişğal dövründə ermənilər bütün evləribinaları kərpic-kərpic sökərək talançılıqlasoyğunçuluqla məşğul olurdular bütün dünya buna göz yumurduBunu görən beynəlxalq təşkilatlarbunu görən Ermənistanın havadarları bunasadəcə olaraq biganə qalırdılarBu gün Cəbrayıl şəhəri demək olar kiyerlə-yeksan olubDövlət başçısının vurğuladığı kimicəmi beşmərtəbəli iki bina qalıbdıronlardan da erməni hərbçiləri istifadə edirdilər keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər.

Cənab Prezidentin Cəbrayıla hər səfəri bizim xatirimizdədir. Dövlət başçısının iştirakı ilə Cəbrayıl yarımstansiyası istifadəyə verildiEləcə Cəbrayılda ilk çoxmənzilli yaşayış məhəlləsininrayon Mərkəzi Xəstəxanasınınakademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyuldu. Lap yaxın gələcəkdə cəbrayıllılar doğma yurda qayıdış sevincini yaşayacaqlar. Xatırladaq ki, elə ilk qayıdış da Cəbrayıldan başladı. Cocuq Mərcanlıya böyük sevinc hissi ilə qayıdan sakinlərin üzlərindəki xoşbəxtlik təbəssümü hələ yadımızdadır

Dünyanın gözü Azərbaycandadır. İşğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülən genişmiqyaslı işlər yaxşı mənada əsl heyrət doğurur. Cəbrayıl şəhəri, onun kənd qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcəkdir. Əyyub müəllim tamamilə haqlıdır: Cəbrayılın xoş günləri irəlidədir.

Tofiq HÜSEYN,

"Respublika".