Ölkəmiz daha bir mötəbər tədbirə evsahibliyi edəcək
Digər xəbərlər

Ölkəmiz daha bir mötəbər tədbirə evsahibliyi edəcək

Ümumdünya Məskunlaşma Günü hər il oktyabr ayının ilk bazar ertəsi günündə qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd hər kəsin qəsəbə şəhərlərin gələcəyini formalaşdırmaq səlahiyyətinə məsuliyyətinə malik olduğunu xatırlatmaqdır. İlk dəfə 1986- ildə Keniyanın Nayrobi şəhərində qeyd olunmağa başlayan əlamətdar günün mövzusu "sığınacaq mənim haqqımdır" idi. 1989-cu ildə BMT-nin Məskunlaşma Proqramı tərəfindən "UN-Habitat Scroll of Honor" mükafatı təsis edilmişdir.

Hazırda dünyanın ən nüfuzlu mükafatları arasında olan "UN-Habitat Scroll of Honor"un əsas məramı sığınacaqların yaradılması, evsizlərin acınacaqlı vəziyyətinin dünyaya çatdırılması, münaqişələrdən sonra yenidənqurma işlərinin, insanların həyat səviyyəsinin yaxşılaşdırılması kimi təşəbbüsləri dəstəkləməkdir. Ümumdünya Məskunlaşma Günü çərçivəsində sürətli urbanizasiya problemləri onun ətraf mühitə, insanların yoxsulluğuna təsirini araşdırmaq üçün müxtəlif tədbirlər təşkil olunur. Tədbirlərin mövzuları isə həmin dövr üçün aktual olan problemlərə müvafiq olaraq dəyişir ki, bunlara "evsizlər üçün sığınacaq", "təhlükəsiz şəhərlər", "şəhər idarəçiliyində qadınlar", "gecəqondu olmayan şəhərlər" "şəhərlər üçün su kanalizasiya" s. daxildir. BMT-nin Məskunlaşma Proqramına əsasən şəhərlərin genişlənməsinin xaotik inkişafı bunun nəticəsində yaranan bütün əlaqədar problemlərin qarşısını almaq üçün əvvəlcədən planlama vacibdir. Çünki böyük şəhərlər inkişafın mühərrikləri hesab olunur. Təsadüfi deyil ki, kənd yerlərində məskunlaşan bir çox insan daha yaxşı həyat arzularını reallaşdırmaq üçün böyük şəhərlərə üz tutur. İnsanların bu xəyalları bəzən puça çıxsa da, heç bir səbəb olmadan onlar yenə şəhərlərə axın edirlər. Bu isə şəhərlərin həm marjinallaşmanın, bərabərsizliyin sosial təcridin çox olduğu bir mühitə çevrilməsinə şərait yarada bilər. Sadaladığımız riskləri nəzərə alsaq günün keçirilməsinin əhəmiyyətini bir daha görmək mümkündür. BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdünya Məskunlaşma Gününün 2023- ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilib. Ölkəmizin daha bir mötəbər tədbirə evsahibliyi edəcəyi reallığı Azərbaycanın dünyada artan nüfuzunu bir daha təsdiqləyir. Bu il iyunun 8- Nayrobi şəhərində Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyev "UN-Habitat"ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən imzalanmış Niyyət Protokoluna əsasən beynəlxalq tədbirin oktyabrın 2- keçirələcəyi planlaşdırılıb.

1985-ci ildə BMT tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən, Ümumdünya Məskunlaşma Günü hər il fərqli ölkədə qeyd olunur. Bakıda baş tutacaq Ümumdünya Məskunlaşma Günündə davamlı şəhər iqtisadiyyatı şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı müzakirələrin olacağı da nəzərdə tutulmuşdur. Xatırladaq ki, Ümumdünya Məskunlaşma Gününün daxil olduğu "Şəhərsalma həftəsi" ərzində Azərbaycanda İkinci Milli Şəhərsalma Forumu bir sıra digər tədbirlər keçiriləcək. Tədbirlərdə müxtəlif ölkələrdən olan ekspertlərin, beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir.

Nəzrin ELDARQIZI,

"Respublika".