“Səbail” Azərbaycan çempionatlarında yubiley matçını keçirib
İdman

“Səbail” Azərbaycan çempionatlarında yubiley matçını keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu “Səbail” üçün əlamətdar olub.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu Premyer Liqada 200-cü oyununu keçirib.

“Səbail”in yubileyi “Sabah”la səfər matçına təsadüf edib. Hesabında 50 qələbə və 44 heç-heçə olan komanda 106-cı məğlubiyyətini alıb – 0:2.

“Dənizçilər” Premyer Liqada 2017-2018-ci illər mövsümündə debüt edib. 2017-ci il avqustun 13-də “Zirə”nin qonağı olan “dənizçilər” 1:3 hesabı ilə məğlub olub.