Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib
Digər xəbərlər

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

Ümumi təhsil müəssisələrinə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilsə də, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar müşahidə olunub.

“Respublika” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, həmin hallarla bağlı araşdırma aparılıb. Agentliyin müvafiq əmrinə əsasən, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.