DİN: Sosial şəbəkələrdə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olunub
Digər xəbərlər

DİN: Sosial şəbəkələrdə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olunub

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

"Respublika" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır.