Şahdağa qar yağıb
Ekologiya

Şahdağa qar yağıb

23 iyun “ASAN radio”nun məlumatında bildirilir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub.

Dünən axşam saatlarında Şahdağa qar yağıb. Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib. Bir sıra ərazilərdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.

“Respublika”.