Sabahın HAVA PROQNOZU açıqlanıb
Ekologiya

Sabahın HAVA PROQNOZU açıqlanıb

Azərbaycanda iyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Gündüz bəzi dağlıq ərazilərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Respublika”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacağı ehtimal edilir.