Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Elm və təhsil

Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Bu barədə "Respublika"ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, fevralın 20-dən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.