Rusiya və Ermənistan rəsmiləri arasında təmaslar baş tutub
Region

Rusiya və Ermənistan rəsmiləri arasında təmaslar baş tutub

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vaqe Gevorkyan arasında telefon danışığı olub. 

“Respublika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Onlar, həmçinin sülh müqaviləsi layihəsi üzərində işin gedişatını da təhlil ediblər. 

JALƏ QASIMZADƏ, 
“Respublika”.