Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci müftisi Şeyx Məhəmməd-hacı Alboqaçiyevdən
Məktublar

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci müftisi Şeyx Məhəmməd-hacı Alboqaçiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

İcazə verin, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Uca Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram. Siz uğurlu dövlət xadiminin parlaq nümunəsisiniz. Sizin müdrikliyiniz, uzaqgörənliyiniz, dərin təfəkkürünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik şəkildə inkişaf edir.

Əminəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmət bağlarına əsaslanan dostluq və qonşuluq münasibətləri xalqlarımızın maraqlarına uyğun olaraq gələcəkdə daha da genişlənəcəkdir.

Fürsətdən istifadə edərək, icazə verin, Sizə ən yüksək ehtiramımı bildirim.

Hörmətlə və xoş dualarla,

 Şeyx Məhəmməd-hacı Alboqaçiyev

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci müftisi,

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin birinci sədri