Türkiyədə fəaliyyət göstərən “Aksoy Holding”in İdarə Heyətinin sədri Ərdal Aksoydan
Məktublar

Türkiyədə fəaliyyət göstərən “Aksoy Holding”in İdarə Heyətinin sədri Ərdal Aksoydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Seçkilərin suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanın hər yerində, o cümlədən Xankəndidə, Şuşada və digər azad edilmiş ərazilərdə keçirilməsi qardaş Azərbaycan, eləcə də Türkiyə üçün xüsusi tarixi əhəmiyyət daşıyır.

Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsidir. Azərbaycan xalqı Sizi Qarabağ Zəfərinin memarı olaraq növbəti dəfə Prezident seçməklə bütün dünyaya həmrəylik nümayiş etdirdi.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycanın daha da inkişafı naminə prezidentlik fəaliyyətinizdə uğurlar arzulayır,

“Bir millət, iki dövlət” prinsipi əsasında birlikdə yeni və daha böyük layihələrə imza atmağınızı arzu edirəm.

Hörmətlə,

Ərdal AKSOY,

Türkiyədə fəaliyyət göstərən “Aksoy Holding”in

İdarə Heyətinin sədri.