Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovadan
Məktublar

Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin müəllimləri və şagirdləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Böyüməkdə olan nəslə səmimi qayğınıza görə Sizə təşəkkür edirik. Həştərxan vilayətinin ərazisində həyata keçirilmiş çoxsaylı humanitar layihələr arasında Həştərxan şəhərindəki 11 nömrəli orta məktəbin yenidən qurulması xüsusi yer tutur. Bizim ümumtəhsil müəssisəsi ilə bağlı yüzlərlə uşaq və yaşlı insan görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan məktəbə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir.

Məktəbin kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Sizə bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.

Sizə xalqınızın rifahı naminə fəaliyyətinizin daha da uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsini diləyirəm.

Hörmətlə, 

Tatyana Tixomirova

Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına

11 nömrəli orta məktəbin direktoru