Rusiya böyük itkilər verir
Dünya xəbərləri

Rusiya böyük itkilər verir

Son sutkada Ukrayna ərazisində 510 rus hərbçisi vəfat edib.

“Respublika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 235 min 530 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 1 tank, 7 zirehli döyüş maşını, 17 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.