Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası başlayıb
Ekologiya

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası başlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşdə fəallıq orta səviyyədə olub. Günəşdə 8 ləkə qrupu və 94 ləkə müşahidə edilir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Sentyabrın 18-dən 25-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin sentyabrın 19-da G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var və sentyabrın 20-də sakitləşəcəyi gözlənilir. Sentyabrın 23-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.