Regionun tərəqqisi ölkənin inkişafına öz müsbət təsirini göstərir
İQTİSADİYYAT

Regionun tərəqqisi ölkənin inkişafına öz müsbət təsirini göstərir

İpəkçilik Şəki-Zaqatala bölgəsinin iqtisadi, eləcə sosial-mədəni həyatında tarixən aparıcı rol oynamışdır. Şəki ipəyinin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdır. Bu səbəbdən baramaçılıq onunla bağlı təsərrüfat sahələrinin inkişaf etdirilməsi, keyfiyyətli ipəkqurdu sortlarının alınması, onların bəslənməsi son nəticədə yüksək məhsuldarlığa nail olunması üçün həyata keçirilən elmi-nəzəri təcrübələr tədqiqat işləri elmi mərkəzin diqqətdə saxladığı əsas istiqamətlərdən biri olmuşdur.

İpəkçiliyin milli ənənələri Şəkidə ipək istehsalının tarixi təcrübəsinin öyrənilməsi sahəsindəki elmi çalışmalar AMEA-nın Şəki Regional Elmi Mərkəzinin aidiyyəti şöbəsi tərəfindən həyata keçirilir. Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bizimlə söhbətində qeyd etdi ki, şöbədə ipəkqurdu sortlarının yetişdirilməsi, yeni hibrid sortların alınması yerli şəraitə uyğunlaşdırılması ilə bağlı ciddi elmi-təcrübi işlər aparılmış onların böyük əksəriyyəti uğurlu nəticələr vermişdir.

Qeyd olundu ki, Şəki-Zaqatala regionunun coğrafiyası, xüsusən bu bölgənin əkin, otlaq sahələri, florası, ekologiyası turizm potensialının öyrənilməsi ilə məşğul olan tədqiqatçıların əldə etdikləri elmi nəticələr həmin sahələrin daha səmərəli şəkildə istifadəsi imkanlarını üzə çıxarmışdır. Regionun geoloji quruluşunun faydalı təhlükəli cəhətləri, xüsusən Böyük Qafqazın cənub yamacında, o cümlədən Kiş, Şin Türyan çayları hövzələrindəki sel fəlakətlərinin əmələgəlmə səbəbləri onların qarşısının alınması yolları barədəki elmi-tədqiqatların nəticələri praktik fəaliyyətdə dəfələrlə özünü doğrultmuşdur.

Şəki Regional Elmi Mərkəzində şimal-qərb bölgəsinə məxsus bitki örtüyünün öyrənilməsinə xüsusi diqqət yetirilir. Bölgənin təbii florasında müşahidə edilən özünəməxsusluqları üzə çıxaran tədqiqatlar aparılmaqdadır.

Qeyd olundu ki, mərkəzi respublika ilə yanaşı, beynəlxalq səviyyəli elmi tədbirlərdə Azərbaycan elminin inkişafına kütləviləşməsinə öz töhfəsini verir. Bunlara Bolqarıstan Plovdiv Aqrar Universitetini, Bolqarıstan Vratsa İpəkçilik Əkinçilik üzrə Təcrübə Stansiyasını, Tacikistan Kənd Təsərrüfatı Akademiyası Xudjənd İpəkçilik Təcrübə Stansiyasını, Özbəkistan Daşkənd Elmi-tədqiqat İpəkçilik İnstitutunu, Gürcüstan Kənd Təsərrüfatı Akademiyasını, Hindistan Maysori İpəkçilik üzrə Təlim Tədris digər elm mərkəzləri ilə əməkdaşlığı nümunə göstərmək olar.

Nəzərə alsaq ki, region ona daxil olan rayonlar Böyük İpək Yolunun, həmçinin bir çox beynəlxalq turizm marşrutlarının üzərində yerləşir, onda regionun ümumi inkişafının dərəcədə aktual olduğu daha aydın görünər. Regionun inkişafı isə burada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm ölkənin ümumi iqtisadi yüksəlişinə öz müsbət təsirini göstərməkdədir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".