Bakı Enerji Forumu
İQTİSADİYYAT

Bakı Enerji Forumu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 28-ci Bakı Enerji Forumunda “Uğurlu enerji keçidi prosesində insan kapitalının inkişafında Bakı Ali Neft Məktəbinin rolu” mövzusunda təqdimatla çıxış edib. Bu barədə Bakı Ali Neft Məktəbindən verilən məlumatda bildirilir.

Rektor çıxışında Ali Məktəbin tərəfdaşı olduğu şirkət və ali təhsil müəssisələrindən, beynəlxalq əməkdaşlıqdan, elmi-tədqiqat layihələrindən, təlim proqramlarından bəhs edib. Elmar Qasımov Ali Məktəbdə son bir ildə yaradılan laboratoriyalar və onların elmi-tədqiqat layihələrinin həyata keçirilməsində roluna da toxunaraq bildirib ki, BANM-də İtaliyanın “Maire Tecnimont” şirkəti tərəfindən Polimerlər laboratoriyası, Avropa İttifaqının (Aİ) qrantı əsasında maliyyələşən ITACA laboratoriyası qurulub. BANM-in rektoru ali təhsil müəssisələrinin kadr hazırlığı ilə yanaşı, yüksək təlim prosesində iştirakının da vacibliyini vurğulayıb və bu xüsusda Ali Məktəbdə SOCAR və Boğaziçi Universitetinin birgə təşkil etdiyi Liderlik Akademiyasının “Strateji Rəhbərlərin İnkişafı”, SOCAR-ın İstedadlar proqramı, SOCAR əməkdaşları üçün Layihələrin idarəedilməsi təlimi, həmçinin ABŞ-nin Dyuk Universiteti ilə Layihələrin İdarəolunması Məktəbi kimi təlim proqramlarının xüsusi rolunu qeyd edib.

“Respublika”.