Azərbaycan-İsrail əlaqələri genişlənir
Siyasət

Azərbaycan-İsrail əlaqələri genişlənir

1992-ci ildə əsası qoyulan Azərbaycan-İsrail əlaqələri yüksələn xətlə inkişaf edir. İki ölkə arasındakı münasibətlər, tarixən mövcud olmuş dostluq qarşılıqlı hörmət əsasında qurulmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 1991-ci il oktyabrın 18- müstəqilliyini bərpa etdikdən sonra əvvəl Türkiyə, ardınca isə İsrail müstəqilliyimizi rəsmən tanımışdır. 2017-ci ildə isə ikitərəfli əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunmuşdur. Hələ qədim dövrlərdən bəri dövlətimizdə mehribanlıq, əmin-amanlıq şəraitində yaşayan yəhudi icması, İsraildə, eləcə dünyanın digər ölkələrində məskunlaşmış, yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışlar.

Azərbaycan-İsrail əməkdaşlığı təkcə ticarət əlaqələrində deyil, bir sıra siyasi məsələlərin həllində özünü büruzə vermişdir. İkinci Qarabağ savaşında qazandığımız şanlı zəfər ölkəmizin nüfuzunu daha da artırdı. Rəşadətli Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində tarixi ədalət bərpa olundu. 44 günlük müharibə dövründə xalqımızın haqq işinə dəstək göstərən dövlətlərdən biri İsrail idi. Bu, Azərbaycan İsrail arasındakı münasibətlərin bu gün daha geniş sferada qurulmasına əsas verir.

Diplomatik münasibətlər qurulandan bəri Azərbaycan İsrail dövlətləri mədəni əlaqələrin formalaşmasında da sıx əməkdaşlıq həyata keçirmişlər. Belə ki, 1993- ildə İsrail Azərbaycanda səfirliyi açılmışdır. Bu il martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılması isə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu gün hər iki dövlət artıq ən çox ehtiyac duyulan sahələr üzrə əməkdaşlıq etməklə, əsas regional oyunçulara çevrilməkdədir. İki ölkə tərəfdaşlığında əsas prioritetlərdən biri məhz təhlükəsizlik məsələsidir. Bu baxımdan, İsraildə səfirliyimizin fəaliyyətə başlaması qeyd olunan sahələrdə əməkdaşlığı şaxələndirməyə imkan verəcək. Bundan başqa, aprelin 19-da Bakıda baş tutan Azərbaycan-İsrail Biznes Forumu iqtisadi əlaqələrin inkişafının təcəssümüdür. Forumda Azərbaycan İsrail arasında keçirilən müxtəlif görüş tədbirlərdə aktual məsələlərin müzakirə edilməsinin, lazımi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin işgüzar dairələr çərçivəsində yeni əlaqələrin qurulmasının vacibliyi qeyd olunmuşdur.

Azərbaycan-İsrail münasibətlərinin genişlənməsində ölkə liderlərinin həm rəsmi, həm işgüzar səfərləri əhəmiyyətli rol oynayır. Xatırladaq ki, mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev İsrail dövlətinin Prezidenti arasında təkbətək geniş tərkibdə görüş keçirilib. Daha sonra "Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb. Bütün bunlar iki ölkənin tibb sahəsində qarşılıqlı əməkdaşlığını daha da genişləndirəcək. İsrail Prezidentinin ölkəmizə səfəri çərçivəsində ən yaddaqalan məqamlardan biri İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı olmuşdur. İsxak Hersoqun səsləndirdiyi fikirlər mövcud bağların möhkəmliyini bir daha təsdiqləmişdir: "Azərbaycan İsrail arasında yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır".

İki ölkə başçısının mətbuata verdiyi bəyanatlarda Azərbaycan İsrail arasında siyasi dialoqun mövcudluğu da əks olunmuşdur. Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq gələcəkdə yarana biləcək riskləri aradan qaldırmaq üçün mühüm addım hesab olunur. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər bunun təzahürüdür: "Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi tədrisi məqsədlərimizə nail olmaq özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq...".

İki ölkə arasında müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan-İsrail münasibətləri dünyada regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Nəzrin ELDARQIZI,

"Respublika".