Müasir hüquq sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyaları
Siyasət

Müasir hüquq sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyaları

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha da çox hiss olunur. Xalqının tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış gələcəyini müəyyən etmiş insanların işi ideyaları zaman məsafəsindən daha uca görünür.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycanın zəngin iqtisadi sənaye potensialını yaratmaqla müasir dövlətçiliyimizin bünövrəsini qoymuş, elmin təhsilin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə hökm sürən pərakəndəlik, separatizm meyilləri, siyasi təcrübənin zəifliyi, ayrı-ayrı silahlı dəstələrin arasındakı qarşıdurma nəticəsində dövlətçiliyimizin mövcudluğu real təhlükə ilə üz-üzə qalmışdır. Ölkənin gələcək inkişafı, böhran vəziyyətində olan dövlətçiliyin xilas edilməsi, konstitusiya, hüquq sahələrində islahatların təxirə salınmadan həyata keçirilməsi, yeni mütərəqqi demokratik dəyərlərə söykənən dövlət quruculuğu, milli hüquq məhkəmə sisteminin yaradılması həyati zərurətə çevrilmişdir. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan xilaskarlıq missiyasını çiyinlərinə götürən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu dövlət quruculuğu prosesi üçün zəruri olan vacib addımların atılmasını təmin etdi. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın müstəqillik arzusuna çatmasına, onun qorunub saxlanılmasına ən nəhayət, torpaqlarımızın uzun illik işğaldan azad olunmasına nail olunmuşdur. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas ideyası, bu sahədə qarşıya qoyduğu mühüm vəzifə Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək onu əbədi etmək idi.

Cari il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- il "Heydər Əliyev İli" elan edilmişdir.

Sərəncamda qeyd olunduğu kimi, "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günlərində onun Vətən, xalq qarşısında misilsiz xidmətləri yüksək ehtiramla ölkəmizin hər yerində geniş qeyd olunur.

Qeyd olunan tədbirlər çərçivəsində mayın 2- Bakı Apellyasiya Məhkəməsində keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda üçpilləli məhkəmə sisteminin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda konfransa yetişən nəslə dahi öndərin irsini təşviq etmək məqsədilə hakimlərlə yanaşı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan tələbələr hakimliyə namizəd olan şəxslər dəvət olunmuşlar.

Hakimiyyəti dövründə, ilk növbədə, dövlət müstəqilliyimizin əbədiliyinə dönməzliyinə nail olan Heydər Əliyev tərəfindən ölkəmizdə sabitlik, sülh əmin-amanlıq təmin edilmiş, siyasi hüquqi islahatlar, demokratikləşmə prosesinə başlanılmışdır.

Demokratik, hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilmişdir. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə, konstitusion rejim, müasir beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti yaradılmalı hakimiyyətin bölgüsü prinsipi təmin edilməli idi. Məhz bu səbəbdən zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlət quruculuğu prosesini ilk Milli Konstitusiyanı yaratmaqla başlatmış bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindəndir. Milli Konstitusiya Azərbaycanın müstəqilliyinin hüquqi bazasını təmin etmiş, hakimiyyətin bölgüsü, onun idarəçilik sisteminin əsas prinsiplərini müəyyən etmiş, dövlətimizin qüdrətli gələcəyi üçün legitim zəmin yaratmışdır. Konstitusiyanın qəbul edilməsi müasir məhkəmə sisteminin yaradılmasına təkan vermişdir. Müstəqil qərəzsiz məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi insan haqlarının qorunması ədalətli cəmiyyətin əsas təməl daşlarından biri olmasını nəzərə alan ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Təbii ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Müstəqil məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi. Bütün bu reallıqları dərindən təhlil edən nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə mütərəqqi təcrübəyə əsaslanan "Məhkəmələr hakimlər haqqında" Qanun qəbul edilmiş, məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında Fərman imzalanmış, bununla da ölkəmizdə məhkəmə quruluşunun məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanılmışdı.

Ümummilli liderimizin bilavasitə rəhbərliyi ilə həyata keçirilən islahat məhkəmə sisteminin iki əsas komponentini - məhkəmə quruluşunu məhkəmə icraatını əhatə etmişdir. Müvafiq komissiyanın gərgin fəaliyyəti nəticəsində müasir tələblərə uyğun olan, tərəflərin bərabərliyi, çəkişmə, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının aşkarlığı digər demokratik prinsiplərə əsaslanan, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun bütün əsas məcəllələrin layihələri hazırlanmış qəbul edilmişdir. İnsan hüquqlarını daim diqqətdə saxlayan ümummilli lider Heydər Əliyev tərəfindən 1995-2003- illərdə 32 əfv fərmanı imzalanmış, onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1996-2003- illərdə 8 amnistiya haqqında qanun qəbul edilmişdir.

Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki Siyasi hüquqlar haqqında beynəlxalq paktlar digər beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla hazırlanması, bu müddəaların milli qanunvericiliyə implementasiyası islahat siyasətinin vacib tərkib hissəsi olmuşdur. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bərabər, dövlətimizin insan hüquqları sahəsində əhəmiyyətli beynəlxalq müqavilələrə təşkilatlara qoşulması prosesinə başlanılmış, ölkəmiz BMT-nin, Avropa Şurasının digər beynəlxalq təşkilatların bir çox sənədlərinə tərəfdar çıxmış, prosesin məntiqi nəticəsi olaraq ölkəmiz Avropa hüquq məkanına inteqrasiya olunmuşdur. 2001-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul olunması, eyni zamanda "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının başlıca institusional mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının tanınmasına şərait yaratmışdır.

 

Ümummilli lider Heydər Əliyev demişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir". Heydər Əliyevin "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" ifadəsi qanunun aliliyinə verilən müstəsna dəyərin bariz nümunəsidir.

 

Vətəndaşların konstitusiyada digər aktlarda müəyyən edilmiş hüquq azadlıqlarının təmini baxımından xüsusi önəm daşıyan ədalət mühakiməsinin əlçatanlığı müstəqilliyi, hüquqi dövlət quruculuğu prosesinin ən vacib mərhələlərindən biri kimi qiymətləndirilməlidir. Həyata keçirilmiş əsaslı məhkəmə-hüquq islahatlarının nəticəsində keçmiş Sovet İttifaqından qalma məhkəmə sistemi demək olar ki, tamamilə aradan qaldırıldı, yeni qabaqcıl inkişaf etmiş ölkələrin təcrübəsinə söykənən üçpilləli müstəqil məhkəmə hakimiyyəti sistemi yaradıldı, hakim korpusunun demokratik əsaslarla formalaşdırılması prosesi sürətləndirildi.

Bu sistemin üstünlüyü ondan ibarət olmuşdur ki, o, hər kəsin hüquq azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat vermiş, vətəndaşlara birinci instansiya məhkəməsinin qərarlarının apellyasiya qaydasında yenidən mübahisələndirmək, həmçinin kassasiya instansiyası məhkəməsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq imkanı yaratmışdır. Bu isə öz növbəsində, birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə prosessual baxımdan düzgün obyektiv həll edilməsinə zəmin yaratmışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən ilk dövlətlərdən oldu. Bu islahatın fəlsəfəsi ondan ibarət idi ki, insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilsin, həbsə məruz qalan şəxsin hüquqlarının real müdafiəsi, eyni zamanda həmin sahədə cinayət təqibi orqanının fəaliyyətinə məhkəmə nəzarəti təmin olunsun. Bunun davamı olaraq, insan haqlarını məhdudlaşdıran digər qərarların qəbulu da məhkəmələrin səlahiyyətinə aid edildi, məhkəmə üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı. Bütün bunlar məhkəmə-hüquq islahatının Heydər Əliyev konsepsiyasının əsasını təşkil etməklə bu sahədə aparılan islahatların mühüm nailiyyətlərindəndir.

Ümummilli lider Heydər Əliyev demişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir". Heydər Əliyevin "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" ifadəsi qanunun aliliyinə verilən müstəsna dəyərin bariz nümunəsidir.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə yaradılmış üçpilləli məhkəmə sistemi sonradan daha da təkmilləşdirilmişdir. Respublikamızın paytaxtında yerləşmiş 2007-ci ilədək fəaliyyət göstərmiş vahid apellyasiya məhkəməsi ədalət mühakiməsinin səmərəliliyi effektivliyi, məhkəmə işinin təşkili əlçatanlığı, habelə ölkədə vüsət alan dinamik iqtisadi dəyişikliklər mütərəqqi islahatların intensivliyindən irəli gələn tələblərə cavab verməmişdir. Ona görə məhkəmə sistemində yeni çağırışlara uyğun institusional dəyişikliklərin edilməsi zəruri olmuşdur. Məhz bu baxımdan Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006- il tarixli Fərmanını məhkəmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündür.

Həmin Fərmanın tələblərinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri ilə yanaşı, ixtisaslaşdırılmış məhkəmələr yaradılmış, hakimlərin sayı artırılmış məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, yeni yaradılan məhkəmələrin təşkili üzrə zəruri tədbirlər görülmüş nəticə baxımından 2007-ci il iyulun 16-dan apellyasiya məhkəmələri fəaliyyətə başlamışdır.

Regional apellyasiya məhkəmələrinin yaradılması ilə başlanan uğurlu proses ölkə başçısının 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" tarixi Fərmanı ilə yeni təkan almışdır. Belə ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını bu sahədə islahatların dərinləşdirilməsini zəruri etmişdir. Fərmanın icrası ilə bağlı ötən müddət ərzində kompleks qanunvericilik, institusional praktiki xarakterli tədbirlər həyata keçirilmiş, o cümlədən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilmişdir. Məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmış, məhkəmə icraatının effektivliyi yüksəldilmiş, məhkəmə qərarlarının tam vaxtında icra edilməsi, süründürməçiliyin digər neqativ halların aradan qaldırılması üçün innovativ tədbirlər həyata keçirilmiş, ədalət mühakiməsi sahəsində Avropa Şurasının təsisatları ilə əməkdaşlığa diqqət artırılmışdır.

Ötən müddət ərzində Apellyasiya məhkəmələrinin fəaliyyətinə nəzər yetirdikdə qətiyyətlə deyə bilərik ki, ölkə üzrə ədalət mühakiməsinin həyata keçirilməsində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında həmin məhkəmələrin önəmli rolu payı olmuşdur.

Ötən il iyulun 25- ölkəmizin mədəni paytaxtı olan Şuşa şəhərində "Şuşa İli" çərçivəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri" mövzusunda Şuşa konfransı keçirilmişdir.

Dahi öndərimizin təşəbbüskarı olduğu islahatlar çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən işlərə birinci instansiya məhkəməsi qismində baxılması dayandırılmış, ölkədə konstitusiya nəzarəti funksiyalarını həyata keçirən Konstitusiya Məhkəməsi hüquqların məhkəmədən kənar müdafiə mexanizmi - İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı yaradılmış, vəkillik institutu yenidən qurulmuşdur.

Məhkəmə islahatlarının gedişində həmçinin, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakim korpusunun mənəvi cəhətdən saf, yüksək biliyə malik hüquqşünaslar hesabına formalaşdırılması, bunun üçün yeni mexanizmin müəyyən olunması artıq zamanın tələbinə çevrilmişdir.

Məhkəmələrin işinin təkmilləşdirilməsi onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyən edilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini ehtiva edən əsaslı dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlər nəticəsində ilkin olaraq məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - bu gün fəaliyyətini uğurla davam etdirən Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradılmışdır. Xüsusi qeyd edilməlidir ki, müstəqil məhkəmə sisteminin formalaşdırılması işində Məhkəmə-Hüquq Şurasının təsis edilməsi amili mühüm rol oynadı. Fəaliyyətini şəffaflıq prinsipi əsasında quran Şuranın fəaliyyəti əsasında hakim heyətinin müsabiqə əsasında formalaşdırılması bu baxımdan da xüsusi önəm kəsb edirdi.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılmış, bununla da hakim korpusunun yenilənməsi prosesinə başlanılmışdır. Hakimlərin müstəqilliyinə şəffaf prosedurlar əsasında seçilmələrinə böyük önəm verən ulu öndərimiz Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda həmin məsələyə toxunaraq ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını belə qiymətləndirmişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər kim qalib gəldi, o da hakim təyin olundu".

Sözsüz yuxarıda qeyd edilənlər ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işlərin cüzi bir hissəsidir onun dövlətçiliyimiz naminə xidmətlərini hər hansı bir məqaləyə ya çıxışa sığdırmaq mümkün deyildir. Bu, ayrıca hərtərəfli tədqiqatın predmetidir. Bu dahi şəxsiyyətin misilsiz işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqımızın dövlətimizin gələcəyinə istiqamətlənmiş həlledici vektor kimi qiymətləndirilməlidir.

Səmərəli islahatlar müəyyən vaxt tələb edən ardıcıl bir prosesdir. Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sistemi daha da təkmilləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil inkişaf etmiş dövlətlərin ailəsinə qoşulmasına xidmət edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri, ölkənin xalqın mənafeyi naminə həyata keçirilən layihələr Heydər Əliyevin siyasi idarəçilik irsinin davamıdır.

Eyni zamanda qeyd edilməlidir ki, iqtisadiyyatımız dünya iqtisadiyyatına uğurla inteqrasiya edərək rəqabətqabiliyyətli olması, büdcəmizin valyuta ehtiyatlarımızın ildən-ilə artması zamanında Heydər Əliyev tərəfindən təməli qoyulmuş uğurlu iqtisadi siyasətin bariz təsdiqidir. Məhz bu siyasətin nizami ordu quruculuğunun nəticəsində Azərbaycan xalqı öz Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edərək Qalib xalqa çevrilmiş tarixi Zəfərə nail olmuşdur.

Ulu öndərin qurub bizə miras qoyduğu dövlətçilik irsi prinsipləri, onun yaşayan yaşadan ideyaları hər birimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha qüdrətli daha çiçəklənən bir dövlətə çevirməyə ruhlandırır. Azərbaycan xalqı əminliklə deyə bilir ki, ulu öndər Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" kəlamı artıq təkzibedilməz reallığa çevrilmişdir.

Mübariz ƏKBƏROV,

Bakı Apellyasiya Məhkəməsinin sədri.