Qazaxlı şəhidlərə həsr edilmiş “Vətəni canından əziz bilənlər” kitabı
Region

Qazaxlı şəhidlərə həsr edilmiş “Vətəni canından əziz bilənlər” kitabı

Qazax rayonunda torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyinin bərpası uğrunda canlarından keçərək öz qanları ilə adlarını hərb tariximizə əbədi həkk edən şəhidlərin adlarını, xatirələrini yaşatmaq üçün işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi iləTərəqqi” medallı şair-publisist Elçin İsmayılın yazdığı “Vətəni canından əziz bilənlər” kitabı bu istiqamətdə görülən işlərə daha bir nümunədir.

İlk növbədə onu qeyd edək ki, Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” adlı ilk kitab 2021-ci ildə nəşr olunmuşdur. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş Qazax rayonundan olan şəhidlərin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı bu silsilənin davamıdır.

Xalq şairi Nəriman Həsənzadənin ön söz yazdığı kitab 5 bölmədən ibarətdir. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilmişdir.

Vəli Vəliyev,

“Respublika”.