Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan diasporunun rəhbəri Şəmsədin Hüseynovdan
Məktublar

Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan diasporunun rəhbəri Şəmsədin Hüseynovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

İcazə verin, Aktau şəhərində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Siz xalqımızı bir araya gətirib ruhumuzu bütövləşdirdiniz, şanlı və şərəfli tarix yazdınız - Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdiniz. Siz uğurlu siyasətinizlə, iradə və əzminizlə Azərbaycan xalqına Zəfər qazandırdınız, onu qalib xalq etdiniz.

Müzəffər Ali Baş Komandan, Sizi bir daha ürəkdən təbrik edirik. Sizə firavanlıq və müdrik dövlətçilik fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzulayırıq.

Hörmətlə, 

Şəmsədin Hüseynov

Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan diasporunun rəhbəri