Prezidentin köməkçisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Siyasət

Prezidentin köməkçisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Türkiyədə səfərdədir. O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

“Respublika” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Y.Gülər qeyd edib ki, Türkiyə müdafiə sahəsindəki təcrübəsini bundan sonra da Azərbaycanla bölüşməyə davam edəcək:

“Bütün enerjimizi əlaqələrimizi gücləndirməyə sərf edirik. Bundan sonra azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”.