Prezident seçkiləri ilə bağlı Almaniyada yaşayan azərbaycanlılara müraciət edilib
Siyasət

Prezident seçkiləri ilə bağlı Almaniyada yaşayan azərbaycanlılara müraciət edilib

Azərbaycanın Berlindəki səfirliyi Almaniyada yaşayan vətəndaşlara müraciət edib.

“Respublika” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında qeyd edilib.

Bildirilib ki, Prezident seçkiləri ilə əlaqədar Berlində yaradılacaq məntəqədə səs vermək niyyətində olan Azərbaycan vətəndaşlarından (18 yaş və yuxarı) seçicilər siyahısına daxil olunmaları üçün anketi dekabrın 29-dək dolduraraq qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.