Premyer Liqa: XXX tura Sumqayıtda start veriləcək
İdman

Premyer Liqa: XXX tura Sumqayıtda start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

"Respublika" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.

Hazırda turnir cədvəlində paytaxt klubu 45 xalla 2-ci, "gənclik şəhəri" təmsilçisi isə 43 xalla 4-cü sırada yer alıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

Premyer Liqa

XXX tur

12 aprel (cümə)

19:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.