Polşada
Dünya xəbərləri

Polşada "immiqrant" referendumu keçiriləcək

Polşa, Avropa Birliyinin (AB) həmrəylik mexanizminə uyğun olaraq immiqrantların üzv ölkələrə köçürülməsi planını ictimaiyyətdən soruşacaq və immiqrant qəbul etməyən ölkələrin adambaşına 20 min avro ödəməsini tələb edəcək.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Duda oktyabrın 15-də keçiriləcək ümumi seçkilər zamanı məsələ ilə bağlı referendum keçirilməsinə icazə verən qanuna düzəlişi təsdiqləyib.

Referendumda o, vətəndaşlara "Avropa bürokratiyasının tətbiq etdiyi məcburi köçürmə mexanizmi ilə Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın çıxarılmasının tərəfdarısınızmı?" sualını ünvanlayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".