London və Ankaradan immiqrasiyaya qarşı əməkdaşlıq
Dünya xəbərləri

London və Ankaradan immiqrasiyaya qarşı əməkdaşlıq

Böyük Britaniya qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Türkiyə ilə yeni müqavilə imzaladığını açıqlayıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, saziş insan alveri şəbəkələrinə qarşı mübarizə və qayıq ticarətinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsini əhatə edir.

Müqavilə çərçivəsində Türkiyə Polis İdarəsinin tərkibində yeni əməliyyat bölməsinin yaradılması nəzərdə tutulur. Britaniyanın daxili işlər naziri Suella Braverman bildirib ki, saziş iki ölkə arasında məlumat mübadiləsini artıracaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".