“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.

2. Bu Qanun qüvvəyə mindiyi gündən “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1728-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1914) 1-ci maddəsi ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 oktyabr 2023-cü il.