Paşinyan sülh çağırışlarında qeyri-səmimidir
Digər xəbərlər

Paşinyan sülh çağırışlarında qeyri-səmimidir

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan Ermənistan XİN başçılarının gələn həftə Vaşinqtonda keçirəcəyi görüşə dair fikirlər səsləndirib. Belə ki, Paşinyan İrəvan nümayəndə heyətinin bu görüşə ən qısa zamanda münasibətləri nizamlamaq sülh müqaviləsini imzalamaq düşüncəsi ilə gedəcəyini bildirib. O, həmçinin ölkəsinin suverenlik, qarşılıqlı bərabərlik prinsipləri əsasında bölgədə kommunikasiyaların açılmasına, iqtisadi əlaqələrin bərpasına hazır olduğunu da deyib.

Hər zaman özünü "sülhsevər" insan kimi göstərməyə çalışan Paşinyanın bu fikirlərinə münasibət bildirən politoloq İlyas Hüseynov deyib

"Ermənistan baş naziri bu dəfə öz açıqlamalarında "sülhə" yönəlik fikirlər səsləndirib. Lakin reallığa nəzər saldıqda biz görürük ki, sülh formatı ətrafında gedən danışıqlar prosesi ərəfəsində qarşı tərəf  hər zaman hərbi-siyasi təxribatlara əl atıb sistemli şəkildə mövqelərimiz atəşə tutulub. Atəşkəs rejimi müxtəlif bölgələrdə həm şərti Ermənistan-Azərbaycan sərhədində, həm Qarabağda yerləşmiş Rusiya sülhməramlı kontingentinin olduğu ərazilərdə pozulur. Bildiyimiz kimi, gələn həftə Vaşinqtonda XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsi planlaşdırılır. Əlbəttə ki, ABŞ formatında keçirilən danışıqlar önəmlidir təhlükəsizliksülh sabitlik baxımından xüsusi çəkiyə malikdir. Əsas fikir bundan ibarətdir ki, bu görüşün nəticəsində geosiyasi yanaşma cür dəyişəcək. Ermənistan açıq-aşkar üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmir, bölgə hərbsizləşdirilmir. Eləcə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqə təmin olunmur. Halbuki, bu, Ermənistanın birbaşa öhdəliyidir. Nikol Paşinyanın sülhə sabitliyə dair bəyanatları faktiki nəticəsini verməlidir, əks halda, belə bəyanatlar səsləndirməsi qeyri-səmimi fikirlər olaraq qalacaq. Baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşlərdə təmaslarda Horadiz-Arazdəyən istiqamətində dəmiryolu xəttinin çəkilməsinə dair bir konsensus olsa da, biz real nəticəni görmək istəyirik. Zənn edirəm ki, qarşıda Vaşinqton Brüsseldə keçiriləcək görüşlər nəticəyönümlü olacaqdır biz bunu reallıqda görəcəyik. Regionda sülhün təhlükəsizliyin dayanıqlı olmasına bu nəticələr təsir edəcəkdir".

Musa Bağırlı,

"Respublika".