Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb
Gündəm

Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb

Son illərdə vergi sistemində aparılmış köklü islahatlar nəticəsində iqtisadiyyatda şəffaflaşma səviyyəsi yüksəlib, nəticədə 2022-ci ildə tarixizmdə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat vergi daxilolması təmin edilib. Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb.

"Respublika" xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əmək bazarının “ağardılması” məqsədilə əmək haqları üzrə aparılmış islahatlar sayəsində qeyri-neft-qaz özəl sektorunda 340 mindən çox yeni əmək müqavilələri bağlanıb. Qeyri-neft-qaz özəl sektorunda cəmi əmək müqavilələrində payı 50 faizə çatmaqdadır”, - dəyə nazir vurğulayıb.