“Öz gözündə tiri görməyib başqasının gözündə tük axtarır
Siyasət

“Öz gözündə tiri görməyib başqasının gözündə tük axtarır"

Fransa daxili problemləri ilə məşğul olsa, daha yaxşı olar

"Demokratiyanın beşiyi". Uzun illər Fransanı biz belə tanımışıq: "demokratik ölkə". Son illərin hadisələri isə onu göstərir ki, Fransanın demokratiya ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəkləyən, soyqırımı müdafiə edən bir ölkəni necə "demokratik ölkə" adlandırmaq olar? Otuz ilə yaxın bir müddətdə biz bu ölkənin adını ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi çox eşitmişik. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli missiyasını üzərinə götürən üç ölkədən biri olan Fransa sən demə, sülh, barışıq istəmirmiş.

Bu illərdə o, heç vaxt ədalətli mövqe tutmadı. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə olsun Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi, Şuranın 5 daimi üzvündən biri olmasına baxmayaraq. Əksinə, Azərbaycan 44 gün ərzində Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi.

Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir bunun üçün hər oyundan çıxır. Regionda təhlükəsizlik üçün təhdid olan Ermənistan-Azərbaycan konfliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olub.

Fransanın tarixinə qısaca nəzər... XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal ediblər. 1663- ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinika Haitinin bir hissəsi işğal olunub. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, Avropanın Amerikanın qul bazarlarında satılıb. Afrika da XVII əsrdən etibarən fransızların işğalına məruz qalıb. Əhali zorla digər fransız koloniyalarına köçürülüb s. Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994- ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə , Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya da azadlıq vermir. Fransa senatında beynəlxalq normaları pozaraq Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə isə iki dövlət arasında 1993- il dekabrın 20- imzalanmış "Dostluq, qarşılıqlı anlaşma əməkdaşlıq haqqında Müqavilə" ziddir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev digər bir məqama da diqqət çəkib: "Biz, həmçinin Fransanı Afrika, Cənubi-Şərqi Asiya digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyətini etiraf etməyə çağırırıq". Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə , Əlcəzair "1,5 milyonluq şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Ruanda digər yerlərdə fransızlar soyqırımı törədiblər indi bunlara hüquqi qiymət verilməsinin zamanı çatıb. Atalar məsəlində deyildiyi kimi, "Örkən qədər uzun olsa da, bir gün gəlib doğanaqdan keçər". Bəli, Fransa da törətdiyi cinayətlərə görə yəqin ki, vaxtsa cavab verəcək.

Bir reallıq var, Fransa artıq Şimali Afrikada öz nüfuzunu itirib heç bir ölkə rəsmi Parislə hesablaşmaq istəmir. "Ərəb baharı" adlanan rəngli inqilabların Qərbdən idxalı prosesindən əziyyət çəkmiş Misir, Tunis, Əlcəzair, hətta Liviya siyasətçiləri yaxşı başa düşürlər ki, fransızların əsas məqsədi münaqişələr hesabına bu regionda təsirini qoruyub saxlamaqdır. Paradoksal vəziyyət ondan ibarətdir ki, fransızların təsiri altında hərbi çevrilişlərə, qırğınlara, talanlara məruz qalan bu ölkələr hələ Fransa ilə müzakirələr aparırlar. Görəsən, onlar üçün rəngli inqilabların, Fransadan hesab sormağın vaxtı yetişməyibmi?

Hələlik isə fransız xalqı özü Makronla hesablaşmaqdadır. Düşünülməmiş, xalqın zəif təbəqəsinin maraqlarına uyğun gəlməyən pensiya islahatları Makronun dövlət idarəçiliyində islahatlara "yol aça bilər". Belə ki, ölkənin ən böyük şəhərlərini bürüyən nümayişlərdə etirazçılar ilk növbədə məhz Makronun istefasını tələb edirlər. Etiraz dalğası isə getdikcə böyüyür. Əlbəttə, hadisələrin hara gedib çıxacağını söyləmək çətindir, ancaq hər bir halda yaxşı olar ki, Fransa lideri öz ölkəsinin daxili işi ilə məşğul olsun, əks təqdirdə...

Əks təqdirdə "öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran" Fransa "əli aşından da olar, vəli aşından da...". Bir ki, Makron bacısı Nikolu "gözüyaşlı" qoymaq istəməz axı...

Zümrüd QURBANQIZI,

"Respublika".