Ulu Öndər Ağdama xüsusi qayğı göstərirdi
Siyasət

Ulu Öndər Ağdama xüsusi qayğı göstərirdi

İnsan ömrünün mənası xatirələr, duyğular, ilahi hisslər, məhəbbət, mərhəmət, xeyirxahlıq, yaxşılıq, comərdlikdir. Həyat fəlsəfəsi, dünyanın vərdişi , gərdişi insanın içindən keçir, insan öz ömrünü mənalı yaşayanda daha gözəl olur. Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağın tanınan ziyalısı, 90 yaşın kürəyini yerə vuran, sadə, səmimi insan Bəbir Hüseynovun ömrünün görünən yaşanan anları əsl örnəkdir. Jurnalist fəaliyyətinə başlayanda ilk redaktorum olmuş Bəbir müəllim dünəni ilə fəxr edən, bu gününü şərəflə yaşayan, sayılıb-seçilən bir nəslin ağsaqqalıdır. O, uzun illər keçmiş sovet partiya orqanında məsul vəzifədə, sonra Ağdam rayon qəzetində redaktor kimi fəaliyyət göstərib, gənc jurnalistlərə qayğı ilə yanaşıb. Həyat yoldaşı, rəhmətlik Şükufə həkim uzun illər Ağdam doğum xəstəxanasının baş həkimi işləyib, yüzlərlə körpə onun şəfalı əlləri ilə həyata göz açıb. Bəbir müəllimin həyat eşqi çox yüksəkdir, çoxlu xatirələri var. Unutmadığı qürur hissi ilə dilə gətirdiyi ən dəyərli xatirəsi Türk dünyasının fəxri, xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin ötən əsrin ortalarında Ağdam rayonuna səfərləri ilə bağlıdır. Qocaman mətbuat işçisi həmin günləri fəxrlə xatırlayır deyir:

Bütün Azərbaycan xalqı kimi, ulu öndəri biz ağdamlılar da unutmur, əziz xatirəsini daim qəlbimizdə yaşadırıq. Yaxşı yadımdadır, bütün regionların inkişafını diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev bir neçə dəfə - 1973, 1974, 1981 1982-ci illərdə Ağdam rayonuna gəlmişdi. Xalqımızın xahişi tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra, 1998-ci ilin oktyabr ayında - prezident seçkiləri ərəfəsində seçicilərlə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki görüşünü unuda bilmirəm. Xalqımızın dahi oğlu hələ Sovet İttifaqı dövründə respublikamızın rəhbəri kimi rayonumuzda olarkən şəhərimizi kəndlərimizi gəzərək zəhmətkeşlərlə görüşür, onlarla səmimi söhbət edirdi.

Mən rayon partiya komitəsində məsul vəzifədə çalışdığım Ağdamda çıxan rayon qəzetinin redaktoru olduğum illərdə ulu öndərin keçirdiyi iclas plenumlarda, fəalların yığıncaqlarında, zona müşavirələrində mütəmadi olaraq iştirak etmişəm. Hər görüşdə onun vətənini, xalqını dərəcədə sevdiyinin, insanlara necə diqqət qayğı ilə yanaşdığının, unikal yaddaşının dərin biliyinin şahidi olmuşam. 1977-ci ildə Azərbaycan KP MK-da təcrübədə 1986- ildə Moskvada SSRİ jurnalistlərinin qurultayında olarkən ümummilli liderimizlə təmasda olduğum anlar mənim üçün heç vaxt unudulmayacaq tarixə çevrilib.

Ulu öndər 1973- ildə Ağdamda səfərdə olarkən demişdi: "Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun". Heydər Əliyev rayonun K.Marks, Kirov, Telman adına kolxozlarında pambıqçılarla, mexanizatorlarla görüşür, onların əmək şəraiti güzəranı ilə maraqlanırdı. Dahi rəhbər Telman adına kolxozda Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimovanın kompleks tarla düşərgəsində böyük şadyanalıqla qarşılandı. Dahi şəxsiyyət sadə insanlarla, xüsusilə zəhmət adamları ilə söhbət etməyi çox xoşlayırdı.

1981-ci il iyul ayının 10-da respublika rəhbərinin Ağdam rayonuna növbəti səfəri əsl bayrama çevrildi. Ağdamlıların dostu qayğıkeşi səfərə rayonun ən iri üzümçülük təsərrüfatı olan H.Hacıyev adına sovxozdan başladı. Ulu öndərin sovxozun üzümçülük briqadiri, "Oktyabr bayrağı", "Qırmızı əmək bayrağı" ordenli, Respublika Dövlət Mükafatı laureatı Əkbər Abdullayevlə etdiyi səmimi söhbət indinin özündə xatirimdədir. Üzümçü briqadir bütün dövlət təltiflərinə Heydər Əliyevin qayğısı sayəsində nail olmuşdu. Sonra kənd ağsaqqalları ilə görüşən ulu öndər onlarla xatirə şəkli çəkdirdi.

Başqa bir sovxoza gələn Heydər Əliyev Əkbər Quliyevin başçılıq etdiyi komsomolçu-gənclər briqadasının üzümçüləri tərəfindən böyük məhəbbətlə qarşılandı. Hər tərəfdə əsl bayram sevinci hökm sürürdü. Heydər Əliyev sovxozun keçmişi, bu günü, sosial problemləri, fəhlələrin məişət şəraiti ilə maraqlandı, sonda üzümçü qızların xahişi ilə onlarla xatirə şəkli çəkdirdi. Həmin gün dahi rəhbərimiz 6 dəfə ümumittifaq sosializm yarışının qalibi olmuş, adı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin şərəf kitabına yazılmış Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın başçılıq etdiyi Lenin adına təsərrüfatın pambıqçıları, taxılçıları mexanizatorları ilə görüşü yüksək əhvali-ruhiyyə ilə keçirildi. Kolxozçular pambıqçılıq taxılçılıqda bir beşillikdə iki beşillik plan, qalan sahələrdə isə beşilliyi üç ildə yerinə yetirmək barədə dövlət başçımıza söz vermişdilər. Heydər Əliyev hər hektardan 60 sentner pambıq, 80 sentner taxıl istehsal edən B.Heydərovun briqadasında taxıl biçininə baxdı, kombaynçılarla səmimi söhbətlər etdi dedi ki, sizin təcrübənizi təkcə rayonda deyil, respublikada da geniş yaymaq lazımdır. Sonra Ağdam şəhərinə gələn respublika rəhbəri "Əmək şöhrəti" memorialının qırmızı lentini kəsdi, əmək müharibə veteranları ilə səmimi söhbət etdi. Onlar firavan həyat üçün dahi rəhbərimizə minnətdarlıqlarını ifadə etdilər. Heydər Əliyev həmin görüşdə bildirdi ki, bu gün "Əmək şöhrəti" memorialının açılışı böyük ictimai-siyasi hadisədir. Bildiyiniz kimi, əmək insanın ən şərəfli vəzifəsidir. Fərəhli haldır ki, Ağdamda əməyi sevir zəhmət adamlarını qiymətləndirirlər.

Xalqımızın dahi şəxsiyyəti Heydər Əliyev rayonun ən böyük yaşayış məntəqəsi olan Xındırıstan kəndində böyük təmtəraqla qarşılandı. Təsərrüfat işləri ilə tanış olduqdan sonra əmək adamları ilə görüşdü, onların qayğıları ilə maraqlandı. Gün ərzində dincəlmədən təsərrüfatları gəzən, insanlarla görüşən ulu öndər tarla düşərgəsində pambıqçı qızlarla mexanizatorlarla çay süfrəsində maraqlı söhbət etdi sonra kolxozun mədəniyyət sarayında respublika partiya-təsərrüfat fəallarının yığıncağını keçirdi. Məqsəd o idi ki, həmin rayonların rəhbərləri Ağdamda əldə olunan təcrübədən yararlansınlar.

Ümummilli liderin Ağdama, ağdamlılara diqqət qayğısı xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı illərdə davam etdi. Dahi rəhbər 1996- il avqust ayının 2- Ağdam şəhəri onun ətraf kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ilində rayon ictimaiyyətinin nümayəndələri ilə Bakı şəhərində görüş keçirdi. Bu görüşdə mən iştirak edirdim. Ümummilli lider keçmiş məcburi köçkünlərlə söhbətində Ağdam onun əhalisi haqqında dedi ki, Ağdam şəhəri Azərbaycanın qədim çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır... 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz - ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama yönəldilmişdir.

Azərbaycanı bütün təhlükələrdən xilas edən, dövlət müstəqilliyini fədakarlıqla qoruyub saxlayan Heydər Əliyev 1998-ci ildə Ağdamın Quzanlı qəsəbəsində seçicilərlə görüşündə yenə ağdamlıların fədakarlığını yüksək qiymətləndirərək vurğuladı ki, Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz. Ümummilli lider Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdəki çıxışı zamanı bildirdi ki, beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam 1993- il 23 iyulda əldən getməyib. Ağdam 6 ay ondan əvvəl boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli insanların hesabına Ağdam o günə kimi işğal olunmayıb. Ağır şərtlər altında yaşayan ağdamlılar böyük hörmətə layiqdirlər. Ayrı-ayrı mafioz qruplar haqqında deyilən sözlər Ağdam Qarabağ əhalisinə aid ola bilməz. Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz müqəddəs şəhər rayondur.

Azərbaycanın inkişaf tarixinin təxminən son yarım əsrlik dönəminə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik uzaqgörən siyasətin nəticələrini görə bilərik. Bütün bunlar ulu öndər Heydər Əliyevin Vətənə sonsuz xidmətləri hesabına başa gəlib. Ulu öndər öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri bu gün kiçikdən-böyüyə hər bir azərbaycanlının dilində zərbi-məsələ çevrilib.

Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan iqtisadi, siyasi, sosial mədəni inkişaf xətti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. 2003-2022-ci illər ərzində möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm tarixi nailiyyətlər qazanılıb. Dövlətimiz qüdrətli dövlətlər sırasına daxil olub, ölkəmizin siması başdan-başa dəyişib. "Mən Azərbaycan xalqının dəstəyini hiss etmişəm hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa Vətənə ləyaqətlə xidmət edəcəyəm".

Öz sözünə sadiq qalan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində cəsur, igid, məğlubedilməz, rəşadətli ordumuz mübariz xalqımız dövlət başçımızın ətrafında sıx birləşərək 44 gün ərzində düşməni darmadağın etdi, diz çökdürdü, bayraq qaldırmağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün şəhidlərimizin qanı canı bahasına işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağı ucalır. Biz qalib xalqın övladları olmağımızla fəxr edirik. Azərbaycan tarixində heç bir vaxt belə qələbə, belə parlaq zəfər əldə olunmayıb. Qarabağın azad olunması ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Ata vəsiyyətini şərəflə yerinə yetirən, Qarabağın fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən möhtəşəm ölkəsinə çevrilir bu, hər birimizi sevindirir.

Söhbəti yazdı:

Salman ALIOĞLU,

"Respublika".